Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-188/2020 22.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış AL- 1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti tərəfindən “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında AL-1228 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən bütün öhdəlikləri Cavabdeh qəbul etmişdir. Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 43 (qırx üç) ay müddətinə, aylıq 323.42 (üç yüz iyirmi üç, qırx iki) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 13906.64 (on üç min doqquz altı, altmış dörd) AZN məbləğində lizinq ödənişini İddiaçı ASC-nin xeyrinə həyata keçirməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir.Lakin Cavabdeh daxili lizinq müqaviləsinə müqaviləsinə əsasən lizinq şirkətinin qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Cavabdeh müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxx 2016-cı il tarixdə lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh sonuncu dəfə xx xxx 2018-ci il tarixdə 324 (üç yüz iyirmi dörd) AZN məbləğində İddiaçı ASC-nin xeyrinə lizinq ödənişini həyata keçirmişdir. Daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətiqarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh lizinq şirkətinə olan lizinq borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda lizinq şirkəti qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh xx xxx 2016-cı il tarixə 555.84 (beş yüz əlli beş, səksən dörd) AZN məbləğində əsas lizinq borcu, 410.16 (dörd yüz on, on altı) AZN məbləğində mükafat borcu borcu, 387.25 (üç yüz səksən yeddi, iyirmi beş) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 1353.25 (min üç yüz əlli üç, iyirmi beş) AZN məbləğində lizinq borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 555.84 (beş yüz əlli beş, səksən dörd) AZN məbləğində əsas lizinq borcunun, 410.16 (dörd yüz on, on altı) AZN məbləğində mükafat borcu borcunun, 387.25 (üç yüz səksən yeddi, iyirmi beş) AZN məbləğində dəbbə pulu borcunun, ümumilikdə 1353.25 (min üç yüz əlli üç, iyirmi beş) AZN məbləğində lizinq borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinəödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi rədd edərək, izahatında bildirmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti tərəfindən “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 müvəqqəti sahibli və istifadəsinə (lizinqə) verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə bağlanmış AL-1228 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən o, AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən bütün öhdəlikləri qəbul etmiş, eləcə də, “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Onu da qeyd edir ki, o, daxili lizinq müqaviləsinə əsasən hər ay vaxtı-vaxtında əsas lizinq borcunu və faiz borcunu lizinq şirkətinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, o, daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin bir müddət ərzində maliyyə cəhətdən çətinlik çəkdiyi üçün lizinq şirkətinin xeyrinə lizinq borcunun tam ödənişinihəyata keçirə bilməmiş və xx xxx 2016-cı il tarixdə “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq şirkətinə geri qaytarmışdır. Bu səbəbdən də, hesab edir ki, o, daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə lizinq ödənişini həyata keçirməməlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı ASC-nin ona qarşı “lizinq borcunun ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASCilə X4 arasında bağlanmış AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki,lizinq şirkəti tərəfindən “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 müvəqqəti sahibliyinə və istifadəsinə (lizinqə) verilmişdir. İş materiallarında olan AC 250320 № Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı ASC-dir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İddiaçı ASC, X4 və Cavabdeh arasında bağlanmış AL-1228 (1) saylı, xx xxxxxx 2016-cı il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən görünür ki, AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən X3 İddiaçı ASC qarşısında olan bütün öhdəliklərini Cavabdeh qəbul etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 43 (qırx üç) ay müddətinə, aylıq 323.42 (üç yüz iyirmi üç, qırx iki) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 13906.64 (on üç min doqquz altı, altmış dörd) AZN məbləğində lizinq ödənişini İddiaçı ASC-nin xeyrinə ödəməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 13.9-cu bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0.3 % hesablanır və “lizinq alan” tərəfindən “lizinq verən”ə ödənilir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 15-ci bəndinə əsasən “lizinq alan” “lizinq obyekti”ndən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, işlək halda saxlamadıqda və bu da istehlak keyfiyyətlərini pisləşdirdikdə, “lizinq ödəniş”lərini bu müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə “lizina verən”in təşəbbüsü ilə, “lizinq alan”a hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilə bilər. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 16.1-ci bəndinə əsasən “lizinq alan” bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4 və 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, “lizinq verən”in tələbi ilə “lizinq obyekti”ni “lizinq verən”in sahibliyinə mübahisəsiz qaytadada qaytarmalıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinin surətindən görünür ki, müqavilənin 16.2-ci bəndinə əsasən “lizinq alan” “lizinq obyekti”nin qaytarılması barədə “lizinq verən”in tələbini aldıqda, “lizinq verən”in seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 1730 saylı, xx xxxxxx 2019-cu il tarixlixəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan lizinq borcu barədə lizinq şirkəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan 097 saylı, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən xx xxx 2016-cı il tarixə İddiaçı ASC-yə 555.84 (beş yüz əlli beş, səksən dörd) AZN məbləğində əsas lizinq borcu, 410.16 (dörd yüz on, on altı) AZN məbləğində mükafat borcu borcu, 387.25 (üç yüz səksən yeddi, iyirmi beş) AZN məbləğində dəbbə pulu borcu və ümumilikdə 1353.25 (min üç yüz əlli üç, iyirmi beş) AZN məbləğində lizinq borcu mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/534 №-li, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh xx xxx 2016-cı il tarixə İddiaçı ASC-yə əsas borc üzrə 729.59 (yeddi yüz iyirmi doqquz, əlli doqquz) AZN məbləğində və lizinq şirkətinin gəliri (faiz) üzrə 564.09 (beş yüz altmış dörd, sıfır doqquz) AZN məbləğində pul ödənişi aparmalı idi. Cavabdeh xx xxx 2016-cı il tarixə İddiaçı ASCyə 648 (altı yüz qırx səkkiz) AZN məbləğində pul vəsaiti ödəmişdir, o cümlədən, əsas borc üzrə-173.75 (yüz yetmiş üç, yetmiş beş) AZN məbləği, lizinq şirkətinin gəliri (faiz) üzrə-474.25 (dörd yüz yetmiş dörd, iyirmi beş) AZN məbləği: Cavabdeh xx xxx 2016-cı il tarixə əsas borcu-555.84 (beş əlli beş, səksən dörd) AZN məbləği(729.59 manat – 173.75 manat), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu-89.94 (səksən doqquz, doxsan dörd) AZN məbləği (564.09 manat – 474.25 manat) təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 150 (yüz əlli) AZN məbləği təşkil edir. İş materiallarında olan ********* saylı, xx xxxxxxxx 2019-cu il tarixli ödəniştapşırığından görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ASCilə X4 arasında bağlanmış AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən lizinq şirkəti tərəfindən “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 müvəqqəti sahibliyinə və istifadəsinə (lizinqə) verilmiş və “DAEWOO GENTRA” markalı, (Tip:Sedan, Mühərrik №:0397, Ban №:XWB5V319DEA587817, Buraxılış ili:2014, Rəngi:Ağ) **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı ASC-dir. Bundan başqa, İddiaçı ASC, X4 və Cavabdeh arasında bağlanmış AL-895 saylı,xx xxxxxx 2017-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən X3 İddiaçı ASC qarşısında olan bütün öhdəliklərini Cavabdeh qəbul etmişdir. Bundan başqa, AL-1228 saylı, xx xxxxxx 2014-cü il tarixli daxili lizinq müqaviləsinə əsasənCavabdeh illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 43 (qırx üç) ay müddətinə, aylıq 323.42 (üç yüz iyirmi üç, qırx iki) AZN məbləğində lizinq ödənişi olmaqla, ümumilikdə 13906.64 (on üç min doqquz altı, altmış dörd) AZN məbləğində lizinq ödənişini İddiaçı ASC-nin xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinin xeyrinə müəyyən məbləğ pul ödənişi həyata keçirmiş, lakin sonradan lizinq şirkəti qarşısında olan öhdəliklərini tam icra etməmiş, cavabdeh liziniq şirkətinə olan lizinq borcu barədə rəsmi xəbərdarlıq edilmişdir. Bundan başqa, ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın rəyinə əsasən Cavabdeh xx xxx 2016-cı il tarixə əsas borcu-555.84 (beş əlli beş, səksən dörd) AZN məbləği(729.59 manat – 173.75 manat), lizinq şirkətinin gəliri üzrə (faiz) borcu-89.94 (səksən doqquz, doxsan dörd) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748- 11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “lizinq ödənişlərinin məbləği” məsələsi texniki bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə irəli sürülmüş ilk iddia tələbinin “387.25 AZN məbləğində dəbbə pulu borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə olan lizinq borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı ASC tərəfindən dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün dəbbə pulu borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 387.25 (üç yüz səksən yeddi, iyirmi beş) AZN məbləğində dəbbə pulu borcu 80 (səksən) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “387.25 AZN məbləğində dəbbə pulu borcunun ödənilməsi” hissəsi qismən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış daxili lizinq müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 555.84 (beş əlli beş, səksən dörd) AZN məbləği əsas lizinq borcu, 89.94 (səkdən doqquz, doxsan dörd) AZN məbləğində mükafat borcu, 80 (səksən) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 725.78 (yeddi yüz iyirmi beş, yetmiş səkkiz) AZN məbləğində lizinq borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinəödənilməlidir. Eyni zamanda, Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 555.84 (beş əlli beş, səksən dörd) AZN məbləği əsas lizinq borcu, 89.94 (səkdən doqquz, doxsan dörd) AZN məbləğində mükafat borcu, 80 (səksən) AZN məbləğində dəbbə pulu borcu, ümumilikdə 725.78 (yeddi yüz iyirmi beş, yetmiş səkkiz) AZN məbləğində lizinq borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinəödənilsin. Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-188/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-188/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver