Məhkəmə qərarları › İş №2(036)-1914/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1914/2021

04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1914/2021 04.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-119 kodlu, 90706038 saylı Dövlət Aktında səhvən qeyd olunmuş “X3” X1 oxunaraq, həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-119 kodlu, 90706038 saylı Dövlət Aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq X4 adı və ata adı X2 yazılmışdır. Sənəddə buraxılan səhv ərizəçinin və onun ailə üzvlərinin həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur və sənəddən istifadə edə bilmələri üçün həmin səhvlər düzəldilməlidir. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də, baxılan iş üzrə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-119 kodlu, 90706038 saylı Dövlət aktına əsasən İmişli rayon AİK-nin 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.77 hektar torpaq sahəsi Ərizəçi, X6, X10, X9, X13 və X7 ümumi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 20 yanvar 2019-cu il tarixdə İmişli rayonunu Çahar kəndində vəfat etmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-119 kodlu, 90706038 saylı Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçisinin adı, soyadı və ata adı düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağa mülkiyyət hüququna dair” JN-119 kodlu, 90706038 saylı dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-119 kodlu, 90706038 saylı dövlət aktının Ərizəçi, X5, X10, X9, X13 və X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 X1 oxunmasına və həmin ad üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar