Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1924/2023 06.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Tovuz rayon qeydiyyat şöbəsində bağlanmış xx.xx.2022-ci il tarixli, 142 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2022-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Bir müddət ər-arvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş, ailədə narazılıqlar baş vermiş və faktiki surətdə nikahları pozulmuşdur. Hazırda nikah formal xarakter daşıyır və boşanmaq fikri qətidir. O, nikahın pozulması ilə bağlı Tovuz rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Cavabdeh Tovuz rayon qeydiyyat şöbəsinə gəlmədiyi üçün qeydiyyat şöbəsi müvafiq qaydada məhkəməyə müraciət etməli olduğu barədə imtina məktubu vermişdir.
3. AZ-İİ № 453871 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olur ki, İddiaçı və X1 arasında xx.xx.2022-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 142 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir.
4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı məhkəməyə telegram göndərərək iclasın onun iştirakı olmadan keçirilməsini və iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
8. Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.
9. Maddə 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.
10. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
11. Maddə 20.1 Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
16. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
17. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
18. Belə ki, iş materialları ilə müəyyən olur ki , tərəflər xx.xx.2022-ci il tarixdə Tovuz rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahdan uşaqları olmamışdır. Bir müddət ər-arvad kimi mehriban yaşamış, lakin sonradan münasibətləri pozulmuş və ailədə narazılıqlar baş vermişdir. Tərəflər ayrı-ayrı ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Nikah faktiki surətdə pozulmuş və hazırda formal xarakter daşıyır.
19. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilərək İddiaçı və Cavabdeh arasında Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 142 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında Tovuz rayon qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 142 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X4