Məhkəmə qərarları › İş №2(036)-1941/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1941/2020

21.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1941/2020 21.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Mirili kəndində yaşayır. 13 noyabr 2018-ci il tarixdə "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə gələrək, elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı elektrik sayğacından kənar xətt aşkar edildiyi üçün "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akt tərtib edilmişdir. Akt əsasında elektrik sayğacından kənar xətt aşkar edildiyi üçün ümumilikdə 665.28 (altı yüz altmış beş, iyirmi səkkiz) AZN məbləğində debitor borc hesablanmışdır. Eyni zamanda bildirir ki, o, həmin müddətdə yaşadığı evdə usta işlətdiyi üçün elektrik işlərini həyata keçirən zaman elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə elektrik sayğacından kənar xətt çəkərək, elektrik enerjisindən qeyri-qanuni olaraq istifadə etmişdir, yəni elektrik sayğacına müdaxilə etməsini səmimi olaraq etiraf edir, yəni bu faktı təsdiq edir. "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən məhz bu fakt aşkar edildiyi üçün müvafiq akt tərtib edilmişdir. Lakin maddi cəhətdən çətinlik çəkdiyi üçün NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akta əsasən hesablanmış 665.28 (altı yüz altmış beş, iyirmi səkkiz) AZN məbləğində debitor borcu ödəyə bilmir. Bu səbəbdən də, o, cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli aktın etibarsız hesab edilməsi və akt əsasında qanunsuz hesablanmış 665.28 (altı yüz altmış beş, iyirmi səkkiz) AZN məbləğində debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 tələbini rədd edərək izahatında bildirmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evində 13 noyabr 2018-ci il tarixdə elektrik enerjisindən istifadə qaydaları yoxlanılan zaman "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə edilməsi faktı aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən fakt əsasında NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akt tərtib edilmişdir. Akt əsasında yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Bununla da, istehlakçı İddiaçı oğluna “2.40 kvt x 24 saat x 0.7 manat x 150 gün = 6048 kvts x 0.11 manat = 665.28 manat” məbləğində əlavə ödəniş hesablanmaqla, müəssisəyə vurulmuş maddi ziyan kimi itirilmiş elektrik enerjisinin dəyəri bərpa edilmişdir. Hesab edir ki, aşkar edilmiş fakt üzrə NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli aktın tərtib edilməsi və yenidən hesablaşma aparılması qaydası tam qanuna müvafiqdir. Eyni zamanda, bildirir ki, İddiaçı elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə elektrik sayğacına müdaxilə etməsi faktını etiraf edir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinə qarşı irəli sürdüyü “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan “Abunə haqqında” məlumatın surətindən görünür ki, İmişli rayonu, Muradxanlı kəndi sakini İddiaçı ilə "xxxx" ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış və o, elektrik enerjisindən istifadə edən istehlakçıdır (məişət abonenti). İş materiallarında olan NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən İmişli rayonu, Muradxanlı kəndi sakini məişət abonenti İddiaçı yaşadığı fərdi yaşayış evində quraşdırılmış elekrik sayğacına baxış keçirilən zaman elektrik sayğacından kənar xətt aşkar edilmişdir. İş materiallarında olan “Abunə haqqında” məlumatın surətindən görünür ki, **********00108 №-li məişət abonenti İddiaçı NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akta əsasən itirilmiş elektrik enerjisinin 6048 kvts.na 665.28 (altı yüz altmış beş, iyirmi səkkiz) AZN məbləğində debitor borc hesablanmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli rayonu, Mirili kənd sakini İddiaçı ilə "xxxx" ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış, o elektrik enerjisindən istifadə edən istehlakçıdır və məişət abonenti statusuna malikdir. Bundan başqa, məişət abonenti kimi Mürsəlova X4 yaşadığı fərdi yaşayış evində quraşdırılmış elekrik sayğacına "xxxx" ASC-nin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman elektrik sayğacından kənar xətt aşkar edilmiş və NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akt tərtib edilmişdir. Belə ki, İddiaçı elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə elektrik sayğacına müdaxilə etməsini etiraf etməklə, yəni bu faktı təsdiq edir. Bundan başqa, "xxxx" ASCnin X6 Təhcizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş məhz NDM 014857 saylı, 13 noyabr 2018-ci il tarixli akta əsasən “2.40 kvt x 24 saat x 0.7 man x 150 gün = 6048 kvts x 0.11 manat = 665.28 manat” itirilmiş elektrik enerjisinə görə 665.28 (altı yüz altmış beş, iyirmi səkkiz) AZN məbləğində debitor borc hesablanmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddiaçı (məişət abonenti) İddiaçı məhz elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə elektrik sayğacından kənar xəttin istifadə etməsini səmimi olaraq etiraf etdiyi, yəni "elektrik sayğacına kənar müdaxilə etməsi faktını təsdiq etdiyi üçün iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci maddəsinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 8.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır... Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı, 02 fevral 2005ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə...görə məsuliyyət daşıdığı; 2. İddiaçı (məişət abonenti) İddiaçı tərəfindən məhz elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə elektrik sayğacına müdaxilə etməsi faktı etiraf edildiyi üçün İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 Təchizatı və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar