Məhkəmə qərarları › İş №2(036)-1975/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1975/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1975/2022 30.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında səhv olaraq yazılmış “X22” ölüm haqqında şəhadətnamədə olduğu kimi X14, “X29” şəxsiyyət vəsiqəsində olduğu kimi X6, “X18” şəxsiyyət vəsiqəsində olduğu kimi X4, “X11” şəxsiyyət vəsiqəsində olduğu kimi X10, “X7” şəxsiyyət vəsiqəsində olduğu kimi XXX Aygül Fəxrəddin qızı kimi oxunması və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə səhv olaraq yazılmış “Ərizəçi Tərlan oğlunun” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi, “X18” şəxsiyyət vəsiqəsində olduğu kimi X4, “X24” şəxsiyyət vəsiqəsində olduğu kimi X10, “X19” şəxsiyyət vəsiqəsində olduğu kimi XXX Aygül Fəxrəddin qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət Aktı və 25 yanvar 2006-cı il tarixli 01, saylı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı Şəhadətnamə verilmişdir. Dövlət Aktında texniki səhv olaraq mərhum X25 ata adı Abış, X2 Əliyeva, X1 Quliyeva, X3 İbadullayeva, XXX Aygül Fəxrəddin qızının soyadı İbadullayeva kimi yazılmışdır. Bundan başqa «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı Şəhadətnamədə Ərizəçi ata adı Tərlan, X1 Quliyeva, X3 Quliyeva, XXX Aygül Fəxrəddin qızının soyadı Quliyeva kimi yazılmışdır. Bu da ailə üzvlərinin həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Həmin sənədlərdən istifadə edə bilmələri üçün Dövlət Aktı və Şəhadətnamədə olan yalnışlıq məhkəmə qaydasında düzəldilməli «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət X5 ölüm haqqında şəhadətnamədə olduğu kimi X35, X43 şəxsiyyət vəsiqəsində olduğu kimi X23, X30 şəxsiyyət vəsiqəsində olduğu kimi X15, X20 şəxsiyyət vəsiqəsində olduğu kimi X27 və X17 şəxsiyyət vəsiqəsində olduğu kimi XXX Jalə Fəxrəddin qızı kimi oxunmalıdır. 25 yanvar 2006-cı il tarixli 01 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 Şəhadətnamədəki Ərizəçi Tərlan oğlu şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, X30 şəxsiyyət vəsiqəsində olduğu kimi X15, X37 şəxsiyyət vəsiqəsində olduğu kimi X27 və X31 şəxsiyyət vəsiqəsində olduğu kimi XXX Jalə Fəxrəddin qızı kimi oxunmalıdır. Dövlət Aktını və Şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0099 KOD 90706038 kodlu «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətindən görünür ki, İmişli rayon AİK-nin 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3,43 ha torpaq sahəsi X38, X36, X26, X21, X43, Ərizəçi, X30, X20 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-952A KOD 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,05 ha torpaq sahəsi Ərizəçi Tərlan oğlu, X30, X37, X31 və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan V-JQ 476516 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1961-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuşdur. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Tərlan oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 18012285 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE 18012285 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZE 17136023 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X29 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir. İş materiallarında olan AA0021821 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AA0021821 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X24 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 318429 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə XXX Jalə Fəxrəddin qızı arasında nikah 18 yanvar 2019-cu il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 109 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra XXX Jalə Fəxrəddin qızına “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan XİX-JQ 421654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, XXX Aygül Fəxrəddin qızı 09 sentyabr 1995-ci ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AA2455694 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində XXX Aygül Fəxrəddin qızı kimi qeyd edilmişdir. İş materiallarında olan AA2455694 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X19 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində XXX Aygül Fəxrəddin qızı kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 745879 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X14 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktının və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 saylı şəhadətnamənin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktının X38, X35, X26, X21, X23, Ərizəçi, X15, X27 və XXX Aygül Fəxrəddin qızına və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-952A KOD 90701004 kodlu şəhadətnamənin Ərizəçi, X15, X27, XXX Aygül Fəxrəddin qızı və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan «Torpağa mülkiyyət hüququna dair» JN-0099 KOD 90706038 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X22 X14, X29 X6, X18 X4, X11 X10, X7 XXX Aygül Fəxrəddin qızı kimi və «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 952A KOD 90701004 saylı şəhadətnamədə Ərizəçi Tərlan oğlunun Ərizəçi kimi, X18 X4, X24 X10, X19 XXX Aygül Fəxrəddin qızı oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar