Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2041/2020 29.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi: Əliyev Rövşən Yolçu oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Sarxanlı kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evində cavabdeh təşkilat tərəfindən yeni elektrik sayğacı quraşdırılmışdır. Sonradan ona “xxxxxxxx” ASC tərəfindən təqdim olunmuş abunə haqqında çıxarışda onun elektrik enerjisindən istifadəyə görə “xxxxxxxx” ASC-yə 247 (iki yüz qırx yeddi) AZN borcu olduğu göstərilmişdir. O, istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay vaxtında ödəmiş və elektrik enerjisindən istifadəyə görə borcu olmamışdır. O, debitor borcun hansı əsasla hesablandığı barədə cavabdeh “xxxxxxxx” ASC-yə şifahi formada müraciət etmişdir. Cavabdeh təşkilatın əməkdaşları ona debitor borc məbləğinin “xxxxxxxxxx” ASC-nin ETAİS proqram bazasında “xxxxxxxx” ASC-nin oracle proqram bazasına keçid etdiyini bildirmişdir. Hesab edir ki, həmin debitor borc məbləği əsassız olaraq hesablanmış və bir istehlakçı kimi onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, cavabdeh “xxxxxxxx” ASC həmin məbləğin əsaslı olmasını təsdiq edən sübutları ona təqdim etməmişdir. Heç bir əsas olmadan haqsız yerə “xxxxxxxx” ASC tərəfindən yüksək məbləğdə borc yazılması bir insan kimi ona çox ağır təsir edir. Bu səbəbdən də, o, cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, qanunsuz olaraq hesablanmış 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borcun silinməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tələbini rədd edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları’’na və “X1 Qaydaları”nın tələblərinə uyğun olaraq İddiaçı yaşadığı ev elektrik sayğacı ilə təmin olunmuş, abonent ilə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğac göstəricisinə uyğun aparılmışdır. İddiaçı **********00379 saylı abonent kodu ilə “xxxxxxxx” ASC-nin “Oracle” proqram bazasında qeydiyyatdadır. Oracle proqram bazasında aparılmış araşdırma zamanı məlum olmuşdur ki, xx xxxxxx 2015-ci il tarixdə “xxxxxxxxxx” ASC-nin ETAİS proqram bazasında abonent ümumilikdə 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borcla “xxxxxxxx” ASC-nin oracle proqram bazasına keçid etmişdir. İddiaçı ilə hesablaşmalar elektrik sayğacının göstəricisi əsasında aparılmışdır. Onun 2015-ci il oktyabr ayından 2020-ci ilin iyul ayına olan dövrdə sərf etdiyi elektrik enerjisinin miqdarı, dəyəri və ödənişi haqqında məlumatdan görünür ki, o bu müddət ərzində elektrik enerjisindən istifadə etmiş, lakin istehlak etdiyi elektrik enerjisinin ödənişini etməmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan “Abunə haqqında” məlumatdan görünür ki, İmişli rayonu, Sarxanlı kəndi sakini İddiaçı ilə “xxxxxxxx” ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış və o, elektrik enerjisindən istifadə edən istehlakçıdır (məişət abonenti). İş materiallarında olan “Abunə haqqında” məlumatdan görünür ki, İmişli rayonu, Sarxanlı kəndi sakini İddiaçı “xxxxxxxxxx” ASC-nin ETAİS-dən gələn borc məbləği ümumilikdə 247 (iki yüz qırx yeddi) AZN məbləği təşkil edir Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli rayonu, Sarxanlı kənd sakini İddiaçı ilə “xxxxxxxx” ASC arasında “Elektrik enerjisindən istifadə haqqında” müqavilə bağlanmış, o elektrik enerjisindən istifadə edən istehlakçıdır, məişət abonenti statusuna malikdir, “Abunə haqqında” məlumata əsasən abonent İddiaçı hal-hazırda “xxxxxxxx” ASC-yə keçmişə doğru ümumilikdə 247 (iki yüz qırx yeddi) AZN məbləği debitor borcu mövcuddur. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş İmişli rayonu, Sarxanlı kənd sakini “abonent” İddiaçı “xxxxxxxx” ASC-yə keçmişə doğru ümumilikdə 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borc məbləğinin hansı əsaslarla hesablanması mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, məhkəmə tədqiqi zamanı məişət abonenti İddiaçı tərəfindən elektrik enerjisindən istifadə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozuntusuna yol verməsi faktı aşkar edilmədiyi, eləcə də, “xxxxxxxx” ASC-yə olan məhz 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borcun hansı əsasla və hansı hüquqi akta əsasən hesablanması müəyyən edilmədiyi üçün həmin debitor borc məbləği əsassız olaraq, hesablanmışdır. Bundan başqa, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun etiraz ərizəsində və etiraz məzmunlu izahatında istinad etdiyi hallar formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. X3 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X3 Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, məişət abonenti İddiaçı tərəfindən elektrik enerjisindən istifadə zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozuntusuna yol verməsi faktı aşkar edilmədiyi, eləcə də, “xxxxxxxx” ASC-yə olan məhz ümumilikdə 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borcun hansı əsasla və hansı hüquqi akta əsasən hesablanması müəyyən edilmədiyi üçün iddia təmin edilməli və əsassız olaraq hesablanmış 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC tərəfindən hesablanmış 247 (iki yüz qırx yeddi) AZN məbləğində debitor borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X2 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2041/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2041/2020
29.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver