Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2054/2021 17.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 iyul 2020-ci il tarixdə **********35 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin faktiki yerləşdiyi yerin hüdudlarının və qonşu sahəsinin hüdudlarının düzgün qeyd olunmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayında İmişli rayonunun Xubyarlı kənd ərazisindən 0.04 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini 02 iyul 2020-ci il tarixdə **********35 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətinə verilmişdir. Torpaq sahəsi mülkiyyətinə verilərkən “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin faktiki yerləşdiyi yerin miqyası, sərhədləri və qonşu sahəsinin hüdudları və sərhədləri düzgün qeyd olunmamışdır. Torpaq sahəsinin planı ilkin sənədlərdəki kimi olmalıdır. Qeyd olunan yanlışlığa görə xüsusi mülkiyyətində olan torpaq sahəsində tikinti işləri apara bilməsi üçün icazə sənəi ala bilmir. Həmin yalnışlıqların aradan qaldırılması üçün DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etsə də, həmin şöbə düzəlişlər etməkdən imtina etmiş, yalnız məhkəmə qətnaməsi əsasında düzəlişlər edə biləcəklərini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs DƏDRX-nin 6 saylı Beyləqan ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********35 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Ərizəçi adına xüsusi mülkiyyət hüququ ilə İmişli rayonunun Xubyarlı kənd ərazisindən 0.04 ha torpaq sahəsi ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Ərizəçi xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin döngə nöqtələri X – 1) 243328.0000; 2) 243338.0000; 3) 243318.0000; 4) 243308.0000 və Y – 1) 4405749.9998; 2) 4405741.9997; 3) 4405718.9998; 4) 4405727.9997 kimi qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəmə sorğusuna 07 sentyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Ərizəçi xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə faktiki döngə nöqtələrinin koordinatları eynilik təşkil etmir, torpaq sahəsinin faktiki döngə nöqtələrinin X – koordinatları 1) 243231.9685; 2) 243247.6307; 3) 243259.0990; 4) 243243.5188 və Y – koordinatları 1) 4405649.0863; 2) 4405674.6804; 3) 4405667.9580; 4) 4405642.3085 kimidir. Göründüyü kimi Ərizəçi xüsusi mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları torpaq sahəsinin ölçüsü və planında düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 iyul 2020-ci il tarixdə **********35 reyestr nömrəli çıxarışla Ərizəçi xüsusi mülkiyyətinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin faktiki yerləşdiyi yerin hüdudlarının və qonşu sahəsinin hüdudlarının düzgün qeyd olunmaması faktı müəyyən edilmədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 308, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 02 iyul 2020-ci il tarixdə **********35 reyestr nömrəli çıxarışla Ərizəçi xüsusi mülkiyyətinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının X – 1) 243328.0000; 2) 243338.0000; 3) 243318.0000; 4) 243308.0000 və Y – 1) 4405749.9998; 2) 4405741.9997; 3) 4405718.9998; 4) 4405727.9997 kimi qeyd qeyd olunmasının düzgün olmaması faktı müəyyən edilsin. Qətnamə torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına düzəliş edilməklə X – koordinatları 1) 243231.9685; 2) 243247.6307; 3) 243259.0990; 4) 243243.5188 və Y – koordinatları 1) 4405649.0863; 2) 4405674.6804; 3) 4405667.9580; 4) 4405642.3085 kimi qeyd olunmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2054/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2054/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver