Məhkəmə qərarları › İş №2(036)-2055/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2055/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2055/2020 28.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X3 ilə Cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli telekommunikasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Borclu Cavabdeh X3 ilə bağladığı xidmət müqaviləsinə əsasən qovşağın rabitə xidmətlərindən “abunəçi” qismində “2124-44-3-85” saylı telefon nömrəsindən istifadə etmiş və nəticədə ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində rabitə borcu yaranmışdır. Borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.2.5-ci bəndinə əsasən borclu rabitə müəssisəsinin göstərdiyi rabitə xidməti haqlarını vaxtında ödəməlidir. Bütün bunları nəzərə alaraq, Cavabdeh abunəçisi olduğu “2124-44-3- 85” saylı telefon nömrəsindən istifadə etdiyinə görə ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində istifadə haqqı borcunun və ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X3 ilə Cavabdeh arasında bağlanmış 1321 saylı, xx xxxxxx 2014-cü il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilədən görünür ki, Cavabdeh qovşağın rabitə xidmətlərindən “abunəçi” qismində “2124-44-3-85” saylı telefon nömrəsindən istifadə etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 56 saylı, xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2016-cı il tarixə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X2 abunəyə görə 25.95 (iyirmi beş, doxsan beş) AZN məbləğində, dövriyyəyə görə 10.82 (on, səksən iki) AZN məbləğində, şada görə 17.07 (on yeddi, sıfır yeddi) AZN məbləğində və ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində borc mövcuddur. İş materiallarında olan 12 saylı, xx xxxxxx 2020-ci il tarixli bildirişin surətindən görünür ki, CavabdehX1 rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqı borcu barədə Qovşaq tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia qaldırılması üçün 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X3 ilə Cavabdeh arasında bağlanmış 1321 saylı, xx xxxxxx 2014-cü il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən Cavabdeh qovşağın rabitə xidmətlərindən “abunəçi” qismində “2124-44-3-85” saylı telefon nömrəsindən istifadə etmiş, onun xx xxxx 2016-cı il tarixə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X2 abunəyə görə 25.95 (iyirmi beş, doxsan beş) AZN məbləğində, dövriyyəyə görə 10.82 (on, səksən iki) AZN məbləğində, şada görə 17.07 (on yeddi, sıfır yeddi) AZN məbləğində və ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində borcu mövcuddur və o, X1 rabitə xidmətlərindən istifadəyə görə ödənilməmiş abunə və xidmət haqqı borcu barədə Qovşaq tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsaəsn əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC-nin X3 ilə Cavabdeh arasında bağlanmış 1321 saylı, xx xxxxxx 2014-cü il tarixli “Telekommunikasiya xidmətlərinin göstərilməsi haqqında” müqavilənin şərtləri pozulduğu üçün iddia təmin edilməli, Cavabdeh “abunəçi” qismində “2124-44-3-85” saylı telefon nömrəsindən istifadə etdiyi üçün abunəyə görə 25.95 (iyirmi beş, doxsan beş) AZN məbləğində, dövriyyəyə görə 10.82 (on, səksən iki) AZN məbləğində, şada görə 17.07 (on yeddi, sıfır yeddi) AZN məbləğində, ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində istifadə haqqı borcu və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh abunəçisi olduğu “2124-44-3-85” saylı telefon nömrəsindən istifadə etdiyi üçün abunəyə görə 25.95 (iyirmi beş, doxsan beş) AZN məbləğində, dövriyyəyə görə 10.82 (on, səksən iki) AZN məbləğində, şada görə 17.07 (on yeddi, sıfır yeddi) AZN məbləğində, ümumilikdə 53.84 (əlli üç, səksən dörd) AZN məbləğində istifadə haqqı borcu və iddia qaldırılması üçün ödənilmiş 20 (iyirmi) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X4 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar