Məhkəmə qərarları › İş №2(036)-2069/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2069/2020

10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2069/2020 10.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-008A «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş X14 Ərizəçi1, X8 Ərizəçi3, X4 Ülviyyə aydın qızı, X3 Ədalət Aydın oğlu, X17 Ərizəçi5 və X19 Ərizəçi2 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-008A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN- 008A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində səhvən qeyd olunmuş adların düzəldilərək X14 Ərizəçi1, X8 Ərizəçi3, X4 Ülviyyə aydın qızı, X3 Ədalət Aydın oğlu, X17 Ərizəçi5 və X19 Ərizəçi2 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişlər. İşdə olan JN-008A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən planda sərhədləri göstərilmiş 0.08 ha torpaq sahəsi X14, X8, X20, X15, X17 və X9 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi1 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi2 xx.xx.1997-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi3 xx.xx.1966-cı ildə Lerik rayonun Murya kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X2 surətinə əsasən Ərizəçi4 xx.xx.1986-cı ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE ******** nömrəli AR X2 surətinə əsasən Ərizəçi5 xx.xx.1990-cı ildə İmişli rayonunun Yalavac kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli № 05/69-302 saylı arayışına əsasən Ərizəçi5 xx.xx.1990-cı ildə İmişli rayonununda anadan olmuşdur, atası Ərizəçi1 və anası Ərizəçi3 kimi qeyd olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli № 05/69-300 saylı arayışına əsasən X1 Xalid İmamverdi oğlu ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Cəbrayılova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli № 05/69-301 saylı arayışına əsasən Ərizəçi4 xx.xx.1986-cı ildə İmişli rayonununda anadan olmuşdur, atası Ərizəçi1 və anası Ərizəçi3 kimi qeyd olunmuşdur. İşdə olan İİİ-JQ № 414817 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi3 Ərizəçi1 ilə xx.xx.1984-cü ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan AZ- İ № 901397 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X16 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 153 saylı arayışına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv edilərək Ərizəçi1 adının X14, Ərizəçi3 adının X8, Ərizəçi4 adının X20, X16 adının X15, Ərizəçi5 adı X17 və X16 adının X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-008A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş X14 Ərizəçi1, X8 Ərizəçi3, X4 Ülviyyə aydın qızına, X3 Ədalət Aydın oğluna, X17 Ərizəçi5 və X19 Ərizəçi2 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-008A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X14 Ərizəçi1, X8 Ərizəçi3, X4 Ülviyyə aydın qızına, X3 Ədalət Aydın oğluna, X17 Ərizəçi5 və X19 Ərizəçi2 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar