Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2070/2021 22.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X5 Qanbay Dövlət oğlu, X1 Muşkinaz Saqlar qızı, X6 Bəhruz Qanbay oğlu və X4 Əfruz Qanbay qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Şahverdili kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 1.92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X5 Qanbay Dövlət oğlu, X1 Muşkinaz Saqlar qızı, X6 Bəhruz Qanbay oğlu və X4 Əfruz Qanbay qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin 25.11.2004-cü il tarixli 10 saylı qərarı ilə İmişli rayonunun Şahverdili kəndində yerləşən planda sərhədləri göstərilmiş 1.92 ha torpaq sahəsi X29, X16, X31 və X17 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 042246 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X30 26.12.2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin XVİİİ-JQ № 366178 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 doğulmuş 31.05.1988-ci il təvəllüdlü X7 Qanbay Dövlət oğlundan törəmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1952-ci ildə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətinə əsasən X24 14.11.1952-ci ildə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş 17.10.2019-cu il tarixli 684 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X3 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş 17.10.2019-cu il tarixli 688 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X18 adı X10 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş 17.10.2019-cu il tarixli 685 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X19 adı X11 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Göbəktala kənd İƏD üzrə İN tərəfindən verilmiş 17.10.2019-cu il tarixli 690 saylı arayışına əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X20 adı X12 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X5 Qanbay Dövlət oğluna, X1 Muşkinaz Saqlar qızına, X6 Bəhruz Qanbay oğluna və X4 Əfruz Qanbay qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0313 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X5 Qanbay Dövlət oğluna, X1 Muşkinaz Saqlar qızına, X6 Bəhruz Qanbay oğluna və X4 Əfruz Qanbay qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-2070/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2070/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver