Məhkəmə qərarları › İş №2(036)-2096/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2096/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2096/2022 10.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun X5nun bacısı qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, X6 26 noyabr 2003-cü ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. Onun uşağı və rəsmi nikahla arvadı olmamışdır. Mərhum X4 rayonunun Qaralar kəndində X17 ilə qeyri-rəsmi birgə ailə həyatı qurmuş, lakin uşaqları olmamışdır. X17 da 10 iyun 2000-ci ildə vəfat etmişdir. X6 onu dörd yaşında övlad kimi götürüb saxlamış, lakin övladlığı rəsmiləşdirməmişdir. O, dörd yaşından dayısının evində, himayəsində yaşamış və o, vəfat edəndən sonra da hal-hazıra kimi orda yaşayır. Buna yaşadığı kəndin sakinləri, yerli hakimiyyət orqanları şahiddirlər və təsdiq edirlər. X16 və X12 aqrar islahatı zamanı İmişli rayonunun Qaralar kəndində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-193A kod 90709038 saylı Şəhadətnamə ilə 0,25 hektar həyətyanı torpaq sahəsi qeydə alınmışdır və yaşadığı evə dair mərhum dayım X10 adına Qeydiyyat vəsiqəsi vardır. Mərhum dayısı və faktiki yaşadığı X17 qoca yaşlı olmuşlar və onların valideynləri uzun illər əvvəl vəfat etmişlər. X10 başqa yaxın qohumu olmadığına görə yeganə vərəsəsi odur. Mərhum dayısından yaşadığı ev və torpaq sahəsi miras qalmışdır. Həmin evdə o yaşamaqla idarə edir. X24 Xidmət Mərkəzinin Notariat ofisində notariusa mərhum dayısının mirası ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş lakin ordan ona mərhumla onun qohumluq faktının müəyyən edilməsi tələb edilmişdir. Faktın müəyyən edilməsi vərəsəlik məsələsinin həlli üçün zəruridir. O, mərhumun bacısı X1 övladıdır. Anası vəfat etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, o, özü 04 aprel 1963-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ərizəçi onun qonşusudur. O, X5nun bacısı Sünbilə Abdullayevanın qızıdır. Ona görə də, bu faktı təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X13 işin hallarına dair şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-193A KOD 90709038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,25 ha torpaq sahəsi X16 və X11 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 05/69-346 saylı arayışdan görünür ki, X3 xx xxxxxx 1968-ci ildə İmişli rayonunun Cavadxanlı kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 05/69-95 saylı arayışdan görünür ki, X16 26 noyabr 2003-cü ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan AZ-041211 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 10 iyun 2000-ci ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan AZ-İ 763543 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 08 yanvar 2016-cı ildə İmişli rayonunun Qaralar kəndində vəfat etmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 05/69-95 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1924-cü il tarixdə İmişli rayonunda anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 10 iyun 2000-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil olmuş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X17 ilə X10 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Qaralar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən verilmiş 31 may 2022-ci il tarixli, 196 saylı arayışdan görünür ki, İmişli rayon Qaralar kənd sakini Ərizəçi həqiqətən İmişli rayonunun Qaralar kəndində yaşayır və qeydiyyatdadır. Həmçinin o, dörd yaşından X6nun evində yaşamış və mərhumun başqa varisi olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X16 ilə X17 arasında qeyri-rəsmi nikah bağlanmış, həmin nikahdan onların övladı olmamışdır. Bundan sonra, X16 bacısı qızı Ərizəçi dörd yaşında övladlığa götürmüş, lakin övladlığı rəsmiləşdirməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinin tələbinə görə məhkəmə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin MPM-nin 307.2.1-ci maddəsinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X5nun bacısı qızı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 26 noyabr 2003-cü il tarixdə ölmüş X10 bacısı qızı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar