Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2099/2022 10.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızının “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızı ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli, 03 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında səhvən qeyd olunmuş «X8» Ərizəçi1 kimi, «X2» Ərizəçi2, «Ərizəçi3 Abasqulu oğlunun» Ərizəçi3, «X5» Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızı və «X3» X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin adına aqrar islahat zamanı kənd təsərrüfatı məhsullarının əkilməsi üçün pay torpaq sahəsi qeydiyyata alınmış və «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün göstərilməmişdir. Bu yalnışlığa görə onlar həmin hüquqmüəyyənedici sənəddən istifadə edə bilmirlər. Həmin dövlət aktını vermiş Aqrar İslahat Komissiyası və Torpaq şöbəsi ləğv edildiyindən qeyd olunan sənəddə buraxılmış açıq səhvlərin məhkəmədənkənar dəyişdirlməsi mümkün deyil. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi2, Ərizəçi3 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızı, Ərizəçi1 ilə eyni məzmunlu izahat vərərək ərizəni müdafiə etdi və tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0523 nömrəli 90714028 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 oktyabr 2004-cü il tarixli, 03 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.38 ha torpaq sahəsi X6, X12, Ərizəçi3 Abasqulu oğlu, X10 və X2 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktına torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi3 Abasqulu oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi4 Abbasqulu qızı kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 407037 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X9 arasında nikah 30 iyul 2008-ci il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 321 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X7 “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 264202 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 saylı Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X1 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızı kimi oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0523 nömrəli 90714028 kodlu Dövlət aktının X4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 X1, X8 Ərizəçi1 kimi, Ərizəçi3 Abasqulu oğlunun Ərizəçi3 kimi, X2 Ərizəçi2 kimi və X5 Abbasova (Şadlinskaya) Aytən Abbasqulu qızı kimi oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2099/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2099/2022
10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver