Məhkəmə qərarları › İş №2(036)-210/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-210/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-210/2025 05.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 2000-ci ildən xx.xx.2009-cu il tarixədək mərhum anası X4 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Füzuli rayonundan məcburi köçkün kimi İmişli rayon,Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşmışdır. Mərhum anası 1930-cu il təvəllüdlü X5 2000-ci ildən xx.xx.2009-cu il tarixdə qaraciyər çatışmazlığı və ağır nevroz xəstəlikləri səbəbindən vəfat edən günədək onun himayəsində, öhtəsində yaşadığı İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsidnə yerləşən evində yaşamışdır. Anası mərhum X2 xəstəlik səbəbindən sürətlə çəkisi artmış və ağır nevroz xəstəliyi səbəbindən özü müstəqil hərəkət etmək, qərarlar qəbul etmək, özünə xidmət etmək qabiliyətindən məhrum olmuşdur. O, şəxsən özü mərhum anası X2 məişət, qidanlanma, yuyunması, geyinib soyunması, ayaqyoluna getməsi işlərini hamısını onun qucağında aparmaqla və öz əli ilə zəruri olan qidalanma və yuyunma geyinmə, soyunma işlərini mütəmadi olaraq 2000-ci ildən xx.xx.2009-cü il tarixədək olan dövürdə özü görmüşəm. Mərhum anam X5 xüsusi ilə son 5 ildə hədsiz şişmə-kökəlmə və nevroz xəstəliyi səbəbindən yalnız yataq şəraitində yaşamışdır ki, o onun bütün ehtiyaclarını yatağında ödəməyə və yalnız ev şəraitində çimizdirməyə məcbur qalmışdır. Mərhum anası X5 xx.xx.2009-cu ildə vəfat etmişdir. Halhazırda pensiya ilə əlaqədar və miras əmlaka hüququn eldə edilməsi ilə və s. bağlı olaraq mərhum anası X2 2000-xx.xx.2009-cü il tarixlərdə olan dövürdə onun öhtəsində qalması faktını müəyyən edilməsi zəruridir. Yuxarıda göstərdiyi faktlar işə əlavə olunmuş Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəliyin arayışı şahidlər: İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ev 36 ünvanında yaşayan X14, İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ev 63 ünvanında yaşayan X12 və İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ev 37 ünvanında yaşayan X6 tərəfindən də təstiq edilə bilər. Maraqlı şəxsin nümayəndəsi yazılı etirazı onunla əsaslandırmışdır ki, ərizəçi X7 maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, 2(036)-2387/2024 nömrəli iş üzrə orızə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim etmişdir. Ərizəçi xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi mərhum valideyni 1930-cu il təvəllüdlü X4 70 yaşının tamam olduğu tarixdən vəfat etdiyi tarixədək qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, ərizəçinin anası X5 xx.xx.2009cu il tarixdə vəfat etmişdir. İddiaçının anasına qulluq etməsini sübut edən sənəd kimi İmişli rayonu İcra Hakimiyyəti Başçısının 1 nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 89 nömrəli və xx.xx.2024-cü il tarixli 139 nömrəli arayışlar təqdim edilmişdir. Sözügedən arayışlar isə qulluq olunan şəxs vəfat etdikdən sonra tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, mərhum anası X1 Şirin Bahadur oğlunun ailəsi ilə birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yaşamışdır. Xəstə olduğu üçün ona qardaşı Ərizəçi 2000-ci ildən xx.xx.2009-cu il tarixədək qulluq etmişdir. İş üzrə şahid qismində dindirilən X12 ifadəsində bildirmişdir ki, mərhum qaynanası X1 Şirin Bahadur oğlu və onunla birlikdə İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsində yaşamışdır. Xəstə olduğu üçün ona oğlu Ərizəçi 2000-ci ildən xx.xx.2009-cu il tarixədək qulluq etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, “Azemis” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X5 xx.xx.1930-cu il tarixdə Füzuli şəhərində doğulmuşdur. iş materiallarında olan və AZ-İ 345281 seriyalı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2009-cu ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 59 nömrə ilə qeyd edilmişdir. iş materiallarında olan və AZ-İ 345281 seriyalı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 xx.xx.2009-cu ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 59 nömrə ilə qeyd edilmişdir. İmişli RİHB-nın Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli 139 nömrəli arayışdan görünür ki, Ərizəçi 1930-cu il təvəllüdü mərhum anası X4 2000-ci ildən xx.xx.2009-cu il tarixədək qulluq etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 62802 nömrəli vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkündür. X3, X8 və X10 İmişli rayon RİHB-nın İmişli rayon Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi mərhumə anası X4 xəstəliyi ilə əlaqədar 2000-ci ildən 2009-cu il - vəfat edənə qədər himayə durmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X5 yaşlı olduğu və müstəqil hərəkət edə bilmədiyi üçün 2000-ci ildən xx.xx.2009-cu il tarixədək ona ərizəçi qulluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.6,-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə müəyyən edilir: Həmin müddət isə qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, qulluqolunan vəfat etməsi halında qulluqetmə müddəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilməli olduğundan və qanunvericiliklə qulluqolunan vəfat etməsi halında başqa qaydada qulluqetmə müddətinin müəyyən edilməsi nəzərdə tutulmadığından, ərizə təmin edilməli, Ərizəçi 2000-ci ildən xx.xx.2009-cu il tarixədək mərhum anası X4 qulluq etməsi faktı müəyyən edilməlidir. Həmin fakt isə öz təsdiqini şahid ifadələri, iş materiallarında olan arayış və aktla öz təsdiqini tapmışdır. Maraqlı şəxsin etirazında qeyd etdiyi iddiaçının anasına qulluq etməsini sübut edən sənəd kimi İmişli rayonu İcra Hakimiyyəti Başçısının 1 nömrəli Yeni Bəhrəmtəpə qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 89 nömrəli və xx.xx.2024-cü il tarixli 139 nömrəli arayışların qulluq olunan şəxs vəfat etdikdən sonra tərtib edilməsi barədə mülahizəsi ərizənin təmin edilməməsinə əsas ola bilməz. Belə ki, cavabdeh tərəfindən arayışların qulluq olunan şəxs vəfat etdikdən sonra tərtib edilməsini qadağan edən hər hansı hüquq normasına istinad edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, həmin arayışlar mötəbər sübut kimi qəbul edilərək, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Halbuki, etirazın əsaslarını sübut etmək vəzifəsi maraqlı şəxsin vəzifəsidir. Beləliklə, məhkəmə hesab edir ki, maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilmiş sübut növlərindən heç biri məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDi: Ərizə təmin olunsun. Ərizəçi 2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək mərhum anası X4 qulluq etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar