Məhkəmə qərarları › İş №2(036)-2105/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2105/2024

20.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2105/2024 20.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiraliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “elektrik enerjisi istehlakına görə qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “elektrik enerjisi istehlakına görə qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin işçilərinin barəsində tərtib etdiyi borc barədə sənədlərin etibarsız hesab edilməsi və qanunsuz hesablanmış cəmi 808,36 (səkkiz yüz səkkiz manat otuz altı qəpik) manat məbləğində borcun silinməsi, cavabdeh borcu təsdiq edən sənədləri ona verməkdən imtina etdiyinə görə müddətin ötürülməsini üzürlü hesab etməklə, iddia müddətini bərpa edib ərizəyə mahiyyət üzrə baxılması və cavabdehin borcu təsdiq edən sənədləri ona verməkdən imtina etdiyinə görə, onlar cavabdeh təşkilatdan tələb edib işə əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mərhum atası X7 ilə bir evdə yaşayırdı. Kəndin elektrik sayqacı ilə təmin olunan vaxt o, İmişli rayon elektrik şəbəkəsində işlədiyindən müraciəti əsasında onların evinə 2 sayqac bağladılar. Müntəzəm ödəniş ediblər. 2007-ci ildə onun çöl pay torpağından yüksək gərginlikli 330.000 voltluq elektrik xətti çəkdilər. O, buna görə kompensasiya tələb etdi. Ekspertiza rəyi ilə onun pay torpaq sahəsi bütünlüklə yüksək gərginlikli elektrik xətti ilə zəbt olunması təsdiq olunmasına baxmayaraq kompensasiya ödəmək əvəzinə qarşısında şərt qoyuldu ki, ya işin, ya da torpaq sahəsi. Oda torpaq sahəsi, haqqını tələb etdiyinə görə ondan məcburi olaraq işdən çıxmaq ərizəsi alınmışdır. xx.xx.2018-ci ildə onların evini təzə sayqacla təmin etdilər. Köhnə sayqacları söküb apardılar. Bir gün sonra işçilər ona bildirdilər ki, sayqaclarınız oğurlanıb, gəl sayqacları axtaraq tapaq. O, etirazını bildirdi ki, o, qoruqçu deyil. Bir gün sonra işıq işçiləri gəlib ona bildiriş təqdim etdilər ki, atan İsmayıl 109,33 manat qalıq borc ödəməlidir, sən isə 592,62 manat, cəmi 701,95 manat qalıq borc ödəməlisiniz. Soruşdu ki, hansı əsasla bu borcu tələb edirsiniz. Cavab vermədilər. Hələ o, işıq idarəsində işləyəndə onların üzdəniraq vəzifəlilər sayqacdan kənar satılan elektrik enerjisini ört-basdır etmək üçün onlar kimiləri şərləyib hədə-qorxu gələrək sayqacları aparıb məcburi ödəniş etdirirdilər. Onlar işlətdiyi elektrik enerji pulunu vaxtaşırı ödəmişlər. Atası X7 xx.xx.2018-ci ildə vəfat etmişdir. Hər iki sayqacın pulunu o, ödəmişdir. O, Energetika Nazirliyi Enerji X1 İmişli Filialına müraciət etmişdir. Filial araşdırma aparıb xx.xx.2023-cü il tarixli məktubunda bildirir ki, Aran RETSİ-yə göndərilmiş sorğuya əsasən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, abonent dövriyyəniz üzrə (kod **********00154) yaranmış 616,31 manat borcundan 145,24 manat məbləği 20.11,2015-ci il tarixinə Azərenerji ASC-yə aid ETAİS proqram dövründə, 176 manat 25.01,2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aylar üzrə işlədicilərin gücünə görə aparılmış hesabata, 74,06 manat sayqac dövrünə, 221,01 manat isə elektrik enerjisinin sayqacla müəyyənləşən dəyərinə uyğun yaranmışdır. Cavabdeh təşkilat tərəfindən əsaslı hesabat təqdim olunmamışdır. Həmçinin atası X5 (kod **********00006) məxsus fərdi yaşayış evində sayqacın yenisi ilə əvəz edilməsinə görə 74,06 manat sayqac dəyəri dövriyyəyə daxil edilmişdir. Mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Müdiriyyət həmin köhnə borcların şişəcəyini bildirmişdi, lakin yenə də silməyiblər və borcu ondan tələb edirlər. Tələbin hüquqi əsasları. Azərbaycan Respublikası MPM-nin 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. Cavabdeh təşkilat başqa vətəndaşların vaxtı keçmiş borclarını sildiyi halda, onunla ədavətli olduğlarından onun borcunu silmirlər. Sonradan öyrəndiyinə görə cavabdeh təşkilat ondan öz borcuna görə 456,26 manat, mərhum atasının borcuna görə 352,10 manat, cəmi 808,36 manat pul tələb edirlər. Cavabdeh təşkilatın ona qanunsuz borc yazması ilə bağlı sənədlər etibarsız hesab edilməli, onların doğurduğu nəticələr, borc silinməlidir, işıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: İddiaçı Cavabdeh ASC-nin X10 Təchizatı və Satışı İdarəsinə qarşı özünə hesablanmış 456,26 manat və mərhum atası X5 hesablanmış 352,10 manat ümumilikdə 808,36 manat məbləğində debitor borcun hesabdan silinməsi tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, istehlak etdiyi enerjinin dəyərini vaxtında ödəyirlər. Onlara hesablanmış elektrik enerji borcu ilə razı deyillər. Onlar kənar xəttdən istifadə etməyiblər, sayğaca müdaxilə etməyiblər, həmin borc düz yazılmayıb. Onlara yaranmış borc çarədə heç bir akt və ya sənəd verilməyib. Bildirir ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərir ki, iddiaçı debitor borcu mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddia ərizəsində iddiaçı özü də iddia müddətinin ötürüldiyini qeyd etmişdir. Belə ki, İddiaçı abunə haqqında məlumatından görünür ki, yaranmış borc sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödəməməsi səbəbindən yaranmışdır. İddiaçının ərizədə qeyd etdiyi rəqəmlərin haradan götürdüyü məlum deyil, həmin rəqəmlər heç bir sənəddə ifadə olunmur və abunə haqqında məlumatlarla heç bir uyğun yoxdur. İddiaçının tələbinin nədən ibarət olduğu anlaşılmaz olması ilə yanaşı mövcud qanunvericiliyin tələblərinə tamamilə zidd olduğu üçün rədd edilməlidir. İddiaçının və mərhum atasının abunə haqqında məlumatından görünür ki, borc elektrik enerjisindən istifadə edildiyi və tam ödəniş etmədiyi üçün yaranmışdır. Göründüyü kimi, yaranmış borc iddiaçı tərəfindən sayğaca və ya uçot komplektinə hər hansı müdaxilənin edilməsinə görə cərimə və ya hər hansı başqa cəzalandırıcı tədbir kimi deyil, sırf istehlakçının sayğac göstəricisinə əsasən faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydalarının (bundan sonra “EEİQ”) “X2 Qaydaları”na (bundan sonra “EQQQ”) tələblərinə uyğun olaraq iddiaçının və onun atası X4 yaşadığı ev elektrik sayğacı ilə təmin olunmuş, iddiaçı və onun atası X7 ilə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğac göstəricisinə uyğun aparılmışdır. Belə ki, İddiaçı və X4 xx.xx.2012-xx.xx.2018-ci il tarixli ödəniş və sərfiyyatı haqqında məlumatdan görünür ki, yaranmış borc onların həmin dövrdə sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödəməməsi səbəbindən yaranmışdır, (abunə haqqında məlumat əlavə olunur.) Göründüyü kimi, yaranmış borc iddiaçı və onun atası X4 tərəfindən sayğaca və ya uçot komplektinə hər hansı müdaxilənin edilməsinə görə cərimə və hansı başqa cəzalandırıcı tədbir kimi deyil, sırf istehlakçının faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Beləliklə, iddia İddiaçı 456.26 manat, atası İddiaçı 352.10 manat məbləğində istehlak etdiyi enerjinin dəyərini vaxtında ödəmədiyindən iş üzrə cavabdeh olaraq Cavabdeh ASC-nə maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Belə ki, qeyd edilənlər İddiaçı iddia tələbinin əsassız olduğunu, buna görə onlardan istehlak etdiyi enerjinin dəyərinin ödənilməsi tələbi qanuni və əsaslı olduğundan həmin tələblərə etiraz edir və hesabedir ki, tələb məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçı Cavabdeh ASC-nin X10 Təchizatı və Satışı İdarəsinə qarşı özünə hesablanmış 456,26 manat və atası X5 hesablanmış 352,10 manat, cəmi 808,36 manat məbləğində debitor borcun hesabdan silinməsinə dair tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarasınız. Sonradan məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia müddətinin tətbiq edilməsi barədə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı- İddiaçı Cavabdeh ASC-nin X10 Təchizatı və Satışı İdarəsinə qarşı özünə hesablanmış 456,26 manat və mərhum atası X5 hesablanmış 352,10 manat ümumilikdə 808,36 manat məbləğində debitor borcun hesabdan silinməsi tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz ərizəsində iddia tələbi üzrə 5 (beş) ildən çox müddətin ötürüldüyünü göstərmişdir. Bu da onu göstərir ki, iddiaçı iddia tələbini mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçının və mərhum atasının abunə haqqında məlumatından görünür ki, borc elektrik enerjisindən istifadə etdildiyi və tam ödəniş etmədilmədiyi üçün yaranmışdır. Göründüyü kimi, yaranmış borc iddiaçı tərəfindən sayğaca və ya uçot komplektinə hər hansı müdaxilənin edilməsinə görə cərimə və ya hər hansı başqa cəzalandırıcı tədbir kimi deyil, sırf istehlakçının sayğac gğstəricisinə əsasən faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən yaranmışdır. Göstərilənlər əsas verir ki, 3 il müddət iddiaçı tərəfindən ötürüldüyündən iddiaçının tələbi qanunsuz və əsassızdır, ona görə də tələbi rədd edilməlidir. İddia müddətinin üzürsüz səbəbdən buraxılması, pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək hüququnu heçə endirir. Ona görə də qanunverici iddia müddətinə xüsusi əhəmiyyət verir. Ona görə də hesab edirəm ki, İddiaçı iddia müddətini ötürdüyü üçün onun tələbinə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməli və iddiadan imtina edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı iddiasının özünə hesablanmış 456,26 manat və mərhum atası X5 hesablanmış 352,10 manat ümumilikdə 808,36 manat məbləğində debitor borcun hesabdan silinməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsi və iddiaya baxmaqdan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddia müddətinin tətbiq edilməsini və hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğunu və məhkəmədə təkrarən işə baxıla bilməyəcəyini bildirmişdir. Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə İmişli Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı mərhum atası X5 cavabdeh tərəfindən hesablanmış 109,33 manat və özünə hesablanmış 592,62 manat borc olmaqla, cəmi 701,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-2225/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, 701,95 manat borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC üzrə aparılan hesabatda İddiaçı (kod: **********00154) abonent hesabına əlavə edilmiş cəmi 145,24 (bir yüz qırx beş manat iyirmi dörd qəpik) manat debitor borc silinməsi barədə iddia tələbi qismən təmin edilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 949983 seriyalı, 09 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 iyul 2018-ci ildə vəfat etmiş və bu barədə 09 iyul 2018-ci il tarixdə 367 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı mərhum atası X5 cavabdeh tərəfindən hesablanmış 109,33 manat və özünə hesablanmış 592,62 manat borc olmaqla, cəmi 701,95 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı debitor borcun silinməsinə qarşı iddia tələbi İmişli Rayon Məhkəməsinin 2(036)-2225/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC üzrə aparılan hesabatda İddiaçı (kod: **********00154) abonent hesabına əlavə edilmiş cəmi 145,24 (bir yüz qırx beş manat iyirmi dörd qəpik) manat debitor borc silinməsi barədə iddia tələbi qismən təmin edilmişdir. Göründüyü kimi, iddiaçı həm hazırki iddia tələbində, həm də İmişli Rayon Məhkəməsinin 2(036)-2225/2022 saylı iş üzrə 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə qiymət verilmiş iddia tələbində eyni əsaslarla yaranmış borcun silinməsi tələb edir. Həmi iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçı hazırda mübahisələndirdiyi borca məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən hazırki iddiaya həmin hissədə baxıla bilməz. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “elektrik enerjisi istehlakına görə qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “elektrik enerjisi istehlakına görə qanunsuz tərtib edilmiş aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar