Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2152/2020 27.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, xx.xx.1995-ci il təvəllüdlü qızı Gülçin Kərimli ilə İmişli rayonunun Telişli kəndində bir evdə yaşayırlar. Qızına həyat yoldaşı və özü baxır. X6 ağır debillik xəstəyindən əziyyət çəkir, hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin mənasını anlamır. Onu daim nəzarətdə saxlamaq məcburiyyətindədirlər. Xəstə qızının hüqularını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq, və s. üçün onun üzərində qəyyum təyin edilməlidir. Bunun üçün də qızı Gülçin Kərimli fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs İmişli rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına nümayəndəsi X7 izahatında X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etirazının olmadığını bildirdi. Mhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan XİX-JQ 335734 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 1995-ci il tarixdə İmişli şəhərində doğulmuşdur, Ərizəçi onun atasıdır. İş materiallarında olan İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü X6 xx xxxxxxx 1999-cu il tarixdən İmişli RMX-nın Poliklinika Şöbəsində “uşaq seribral iflicinin qalığı, sol tərəfli hemiparez, əqli fiziki inkişafdan qalma” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Əmək və X8 Nazirliyi DSMF-nin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 021824 nömrəli vəsiqənin surətindən görünür ki, X4 ömürlük birinci qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1820 saylı rəyindən görünür ki, X3 ağır kəmağıllılıq (kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqorfreniya) aşkar olunmuşdur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında müəyyən olundu ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə görə məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxx 1995-ci il təvvəlüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 305 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1995-ci il təvvəlüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2152/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2152/2020
27.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver