Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2164/2020 27.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0085 nömrəli 50700058 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “Ərizəçi1 Əhməd oğlunun” Ərizəçi1 kimi, “Ərizəçi2 Baxış qızının” Ərizəçi2 kimi və “X1” Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 izahatında göstərdi ki, JN-0085, kod50700058 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayon AİK-nın xx xxxx 2001-ci il tarixli, 07 saylı qərarı ilə onlara 1.55 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onların adlarının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur.Sözü gedən dövlət aktına müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X5 müraciət etmişlər, həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina edilmiş, 6 saylı X2 göstərilən məsələyə hər hansı köməklik etmək səlahiyyətinə malik olmadığı üçün müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə edərək Ərizəçi1nın izahatında göstərilən xüsusatları eynilə təsdiq etdilər və ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşmateriallarında olan JN-0085 nömrəli 50700058 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxx 2001-ci il tarixli, 07 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.55 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2, X3 və Ərizəçi3 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid sənədlərdəki adları ilə dövlət aktında göstərilən adları düz gəlmir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0085 nömrəli 50700058 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərindən Ərizəçi1nın adı “X4” kimi, Ərizəçi2 adı “X6” kimi və Ərizəçi3 adı “X7” kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0085 nömrəli 50700058 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0085 nömrəli 50700058 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2164/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2164/2020
27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver