Məhkəmə qərarları › İş №2(036)-2169/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2169/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2169/2020 27.07.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda anası X3 adının səhvən X1 göstərilməsinin düzgün olmaması və həmin çıxarışda hüquq sahibi kimi göstərilmiş anasının adı X2 oxunmaqla həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda anası X3 adı səhvən X1 yazılmışdır. Bu yalnışlıq ona həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur.Sözü gedən çıxarışda müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X10 müraciət edilmişdir.Həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina edilmiş vəməhkəməyəmüraciət etmək tövsiyyə olunmuşdur. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İİİ-JQ 423301 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi anası X4r. İşdə olan Ərizəçi valideynləri arasında xx xxxx 1975-ci il tarixdə İmişli rayon Qaralar kənd İcra nümayəndəliyində bağlanmış 04 nömrəli nikah haqqında akt qeydindən görünür ki, həmin akt qeydində də ərizəçinin anasının adı “Osandıq” kimi qeyd olunmuşdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın surətindən görünür ki, həmin çıxarışda ərizəçinin anası X3 adı X1 qeyd olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, ərizəçinin anası X5 aid sənədlərdə qeyd olunan adı ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdakı adı düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın X5 aid edilməsi və həmin sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışın X5 aid edilməsi və həmin sənədin ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar