Məhkəmə qərarları › İş №2(036)-2175/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2175/2022

21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2175/2022 21.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-709A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş Əsədova X56 Xanımağa Calal qızı, X6 Elçin İsrayıl oğlu, X2 Yasəmən İsrayıl qızı, X4 Yalçın İsrayıl oğlu, X7 Murad Elçin oğlu, X1 Gülçöhrə Elçin qızı, X9 Süsən Cabir qızı, X11 Ziya Cabir oğlu və X5 Sevinc Əsədağa qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunda yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-709A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamə ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-709A saylı «Torpağa mülkiyyət hüququna dair» şəhadətnamədə səhvən qeyd olunmuş adların düzəldilərək Əsədova X56 Xanımağa Calal qızı, X6 Elçin İsrayıl oğlu, X2 Yasəmən İsrayıl qızı, X4 Yalçın İsrayıl oğlu, X7 Murad Elçin oğlu, X1 Gülçöhrə Elçin qızı, X9 Süsən Cabir qızı, X11 Ziya Cabir oğlu və X5 Sevinc Əsədağa qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-709A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin qərarı ilə İmişli rayonunda yerləşən planda sərhədləri göstərilmiş 0.07 ha torpaq sahəsi X35, Ərizəçi, X40, X23, X31, X41, X19, X42, X51 və X26 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X22 surətinə əsasən Ərizəçi xx.xx.1944-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X22 surətinə əsasən X24 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X22 surətinə əsasən X64 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 07137379 nömrəli AR X22 surətinə əsasən X25 xx.xx.1972-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X22 surətinə əsasən X70 xx.xx.1994-cü ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 18011765 nömrəli AR X22 surətinə əsasən X47 xx.xx.1992-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AA ******* nömrəli AR X22 surətinə əsasən X18 xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 13084068 nömrəli AR X22 surətinə əsasən X32 xx.xx.1974-cü ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan Seriya AZE 16221541 nömrəli AR X22 surətinə əsasən X34 xx.xx.1966-cı ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ № 078118 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X35 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən X27 doğulmuş xx.xx.1994-cü il təvəllüdlü X29 Cabir İşıq oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/69-279 nömrəli arayışın surətinə əsasən X12 doğulmuş xx.xx.1992-ci il təvəllüdlü X8 Elçin İsrayıl oğlundan törəmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən X12 doğulmuş xx.xx.1994-cü il təvəllüdlü X3 Elçin İsrayıl oğlundan törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-709A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş Ərizəçi Cəlal qızı Ərizəçi, X6 Elçin İsrayıl oğluna, X2 Yasəmən İsrayıl qızına, X4 Yalçın İsrayıl oğluna, X7 Murad Elçin oğluna, X1 Gülçöhrə Elçin qızına, X9 Süsən Cabir qızına, X11 Ziya Cabir oğluna və X5 Sevinc Əsədağa qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-709A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi Cəlal qızı Ərizəçi, X6 Elçin İsrayıl oğluna, X2 Yasəmən İsrayıl qızına, X4 Yalçın İsrayıl oğluna, X7 Murad Elçin oğluna, X1 Gülçöhrə Elçin qızına, X9 Süsən Cabir qızına, X11 Ziya Cabir oğluna və X5 Sevinc Əsədağa qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar