Məhkəmə qərarları › İş №2(036)-221/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-221/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-221/2023 16.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, X6, X17 və Ərizəçi2 «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, X6, X17 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli, 03 saylı qərarı ilə verilmiş «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında səhvən qeyd olunmuş «Ərizəçi1 Kamil oğlunun» Ərizəçi1 kimi, «X11» X10, «X2» Ocaqova (Abışova) Rəsimə Xanhüseyn qızı kimi, «Ərizəçi2 Kamran oğlunun» Ərizəçi2 kimi və «X9» X5 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 2004-cü il tarixli, 03 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktı verilmişdir. Həmin dövlət aktında onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən dövlət aktında müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasına gəlmələri barədə xəbərdar olunmuş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və ərizəçilər X6, X17, Ərizəçi2 məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 saylı dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 28 oktyabr 2004-cü il tarixli, 03 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1,22 ha torpaq sahəsi X15, Ərizəçi2 Kamran oğlu, X3, Ərizəçi1 Kamil oğlu və X11 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 Kamil oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AA3628730 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AA1850679 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X2 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi2 Kamran oğlunun adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı arayışda X5 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 364750 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X7 arasında nikah 10 oktyabr 1990-cı il tarixdə bağlanmış və həmin nikah 249 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Ocaqova” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktın ərizəçilərə və onların ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktında torpaq mülkiyyətçilərinin adları X14, Ərizəçi2, Ocaqova (Abışova) Rəsimə Xanhüseyn qızı, Ərizəçi1 və X10 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0189 nömrəli 90714028 kodlu dövlət aktının X14, Ərizəçi2, Ocaqova (Abışova) Rəsimə Xanhüseyn qızı, Ərizəçi1 və X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi1 Kamil oğlunun Ərizəçi1 kimi, X11 X10, X2 Ocaqova (Abışova) Rəsimə Xanhüseyn qızı kimi, Ərizəçi2 Kamran oğlunun Ərizəçi2 kimi və X9 X5 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar