Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2214/2024 07.11.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki mübahisə (açar sözlər: nikahın pozulması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında olan 15 sentyabr 2020-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış 68 nömrəli akt qeydli nikahın pozulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında olan 15 sentyabr 2020-ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən bağlanmış 68 nömrəli akt qeydli nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikahlarını 15 sentyabr 2020-ci ildə İmişli rayon Qeydiyyat şöbəsində 68 nömrəli akt qeydi ilə qeydiyyata aldırmaqla evlənmişlər. Birgə nikahlarından uşaqları olmamışdır. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. İddiaçı nikahın pozulması üçün İmişli regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Cavabeh könüllü olaraq nikahın pozulması barədə ərizə verməkdən ötrü Qeydiyyat şöbəsinə getməmişdir. Nikah aralarında formal olaraq qalır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, boşanma fikrinin qəti olduğunu, barışma ehtimalının olmamasını bildirməklə işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 360085 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 15 sentyabr 2020-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında qeyd kitabında 68 nömrəli qeyd aparılmışdır.
10. Məhkəmə iddianın tərəflər arasında bağlanmış nikahın pozulması hissəsi ilə bağlı hesab edir ki, iddiaçı nikahın pozulmasını təkid etdiyindən, mülki işin icraatda olduğu müddət ərzində (xx.xx.2024-xx.xx.2024) tərəflər arasında barışıq əldə edilmədiyindən və ailənin tamlığının saxlanılması mümkün olmadığından tərəflər arasında 15 sentyabr 2020ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.
11. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
VI. Nəticə:
12. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında İmişli rayon qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2020-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 68 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev