Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2223/2021 15.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və ərizəçi X7 iştirakı ilə, ərizəçi X7 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X13 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında Quliyeva X2 Dilşad Məmmədhüseyn qızı, X1 Kamilə İmdat qızı və X4 Aqşin Qulu oğlu və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş Quliyeva X2 Dilşad Məmmədhüseyn qızı, X1 Kamilə İmdat qızı, X4 Aqşin Qulu oğlu və X17 Ərizəçi3 kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X13 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Əliqulular kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 2.91 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş Ərizəçi1 Məmmədhüseyin qızı Ərizəçi1, X1 Kamilə İmdat qızına, X4 Aqşin Qulu oğluna və X17 Ərizəçi3 aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.30 ha torpaq sahəsi X18, Ərizəçi1 Məmmədhüseyin qızı, X9 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonu, Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.91 ha torpaq sahəsi X18, Ərizəçi1 Məmmədhüseyin qızı, X14 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE 0******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi1 xx.xx.1935-ci ldə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan AZE 07588385 nömrəli AR X3 surətinə əsasən Ərizəçi2 İmdat qızı 27.11.1972-ci ldə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan AZE 07588352 nömrəli AR X3 surətinə əsasən X16 09.07.1973-cü ldə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. İşdə olan AA ******* nömrəli AR X3 surətinə əsasən Ərizəçi3 01.01.1996-ci idə anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş 15.11.2021-ci il tarixli 311 saylı arayışına əsasən JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə texniki səhv olaraq Ərizəçi1 adı Ərizəçi1 Məmmədhüseyin qızı, Ərizəçi2 İmdat qızının adı X9, X11 adı X14 və Ərizəçi3 adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında Ərizəçi1 Məmmədhüseyin qızı Ərizəçi1, X1 Kamilə İmdat qızına və X4 Aqşin Qulu oğluna və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş Ərizəçi1 Məmmədhüseyin qızı Ərizəçi1, X1 Kamilə İmdat qızına, X4 Aqşin Qulu oğluna və X17 Ərizəçi3 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-506 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında Ərizəçi1 Məmmədhüseyin qızı Ərizəçi1, X1 Kamilə İmdat qızına və X4 Aqşin Qulu oğluna və JN-366A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş Ərizəçi1 Məmmədhüseyin qızı Ərizəçi1, X1 Kamilə İmdat qızına, X4 Aqşin Qulu oğluna və X17 Ərizəçi3 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2223/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2223/2021
15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver