Məhkəmə qərarları › İş №2(036)-2245/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2245/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2245/2021 29.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X40“ X26, “X33” Məmmədova (Hətəmova) Məleykə Qismət qızı, “X41” X27, “X28” X13 və “X38” X17 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə «Torpağa mülkiyyət hüququna dair» JN-0047 nömrəli 90712038 kodlu dövlət aktı və 06 dekabr 1997-ci il tarixli 03 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-087A nömrəli 90712038 kodlu şəhadətnamə verilmişdir. Dövlət aktında və şəhadətnamədə texniki səhv olaraq X2 Bayram Cəmil oğlu kimi, Məmmədova (Hətəmova) Məleykə Qismət qızı X10, X3 Sadıq Bayram oğlu kimi, X1 Rəqsanə Bayram qızı kimi, X6 Bəsti Bayram qızı kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Həmin sənədlərdən istifadə edə bilməkləri üçün ad və ata adındakı yalnışlıqlar məhkəmə qaydasında düzəldilməli sənəddəki X40 ölüm haqqında şəhadətnamədə olduğu kimi X26, X33 ölüm haqqında şəhadətnamədə olduğu kimi X29, X41 doğum haqqında şəhadətnamədə olduğu kimi X27, X28 şəxsiyyət vəsiqəsində olduğu kimi X4, X5 Bəsti Cəmil qızı kimi oxunmalıdır. Dövlət Aktı və şəhadətnaməni vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0047 nömrəli 90712038 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 3.21 ha torpaq sahəsi X43, X40, X34, X41, X28 və X30 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-087A nömrəli 90712038 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 06 dekabr 1997-ci il tarixli 03 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0.86 ha torpaq sahəsi X43, X40, X33, X41, X28 və X21 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X26 02.05.1957-ci ildə İmişli rayonunda anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X34 17.03.1962-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarından olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışdan görünür ki, X26 ilə X34 arasında nikah 11 oktyabr 1980-ci il tarixdə İmişli rayon Muradallı kənd icra nümayəndəliyində bağlanmış və həmin nikah 16 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X22 “Məmmədova” soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, 11.09.2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etmiş X14 adı “Torpağa mülkiyyət hüququna dair” JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə X18 qeyd edilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm akt qeydindən çıxarışdan görünür ki, 29.02.2020-ci il tarixdə İmişli rayonunun Nurulu kəndində vəfat etmiş X15 adı «Torpağın mülkiyyətə verilməsinə dair» JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə X10 qeyd edilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X27 08.09.1981-ci ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum akt qeydindən çıxarışdan görünür ki, X13 06.04.1984-cü ildə İmişli rayonunun Nurulu kəndində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X21 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X17 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktında və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-087A nömrəli 90712038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X43, X26, Məmmədova (Hətəmova) Məleykə Qismət qızı, X27, X13 və X17 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0047 nömrəli 90712038 kodlu Dövlət aktının və «Torpağın mülkiyyətə verilməsinə dair» JN-087A nömrəli 90712038 kodlu şəhadətnamənin X43, X26, Məmmədova (Hətəmova) Məleykə Qismət qızı, X27, X13 və X35 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X31 X8, X20 Məmmədova (Hətəmova) Məleykə Qismət qızı kimi, X32 X9, X16 X4 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar