Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2295/2021 06.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ərizəçilərin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və etibarnamə üzrə nümayəndələri X2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və etibarnamə üzrə nümayəndələri X5 ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X6” Ərizəçi1, “X7” Ərizəçi2 və “X3” X1 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilərə və onların ailə üzvləri X11, X12, X15, X18, X16, X8 və X13 Aqrar İslahatı zamanı İmişli şəhərində 0.10 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamə verilmişdir. Şəhadətnamədə texniki səhv olaraq Ərizəçi1 “X19” kimi, Ərizəçi2 “X20” kimi və X8 “X14” kimi yazılmışdır. X11 və X12 vəfat etmişdir. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında ərizəçilərin etibarnamə üzrə nümayəndəsi X5 ərizəyə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə ərizəçilərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçi X17 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,10 ha torpaq sahəsi X11, X12, X5, X15, X18, X16, X14, X19, X20 və X9 ümumi mülkiyyətlərinə verilmişdir. İşdə olan XX-JQ 478351 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 12 avqust 1998-ci ildə İmişli şəhərində anadan olmuşdur. İşdə olan AZ-İ 008164 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 2000-ci ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X1 qeyd edilmişdir. İş materiallarında olan Vİİ-JQ 276018 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında nikah 31 oktyabr 1995-ci il tarixdə İmişli rayon VVAQ şöbəsi tərəfindən bağlanmış və həmin nikah 219 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X4 “Nağıyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamənin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1560A saylı 90701004 kodlu şəhadətnamənin X11, X12, X5, X15, X18, X16, X8, Ərizəçi1, Ərizəçi2 və X13 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 Ərizəçi1 kimi, X7 Ərizəçi2 və X3 X1 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2295/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2295/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver