Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2302/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi barədə” iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq 26 avqust 2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatda olduğundan mülki işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraiət edərkən cavabdehin İmişli rayonunda qeydiyyatda olduğunu lakin sonradan qeydiyyatdan çıxaraq Abşeron rayonuna qeydiyyata düşdüyünü bildirərək vəsatətin təmin edilməməsini və mülki işə İmişli Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib mülki materiallarını tədqiq edərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 26 avqust 2021-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi barədə” iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbi barədə” iddiasına dair mülki iş baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardadan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2302/2021
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2302/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver