Məhkəmə qərarları › İş №2(036)-2308/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2308/2025

13.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2308/2025 13.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İddiaçı iştirakı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 018728 nömrəli akta görə qanunsuz hesablanmış 469.03 manat borcun və xx.xx.2023-cü il tarixli 347460 nömrəli akta əsasən qanunsuz hesablanmış 549,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, aktlar anasının adına tərtib edilmişdir, lakin anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" ASC-yə məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. İşdən görünür ki, mübahisələndirilən aktlar X1 adına tərtib olunmuşdur. İddiaçı aktların anasının adına tərtib olunduğunu bildirsə də, doğum haqqında şəhadətnaməni və ya X1 vərəsəsi olması barədə sənədləri məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi buna hüququ olmayan şəxs tərəfindən imzalandığından, baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.3, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə MPM-in 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar