Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2343/2023 21.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçinın hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Abdulrəhim Qaçay oğlu, Əzimov X24 Cümşüd Abdulrəhim oğlu, X5 Rübabə Abdulrəhim qızı, X8 Murad Abdulrəhim oğlu, X1 Ruhiyyə Abdulrəhman qızı, X2 Nərminə Abdulrahim qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Aranlı kəndində yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 5.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X7 Abdulrəhim Qaçay oğlu, Əzimov X24 Cümşüd Abdulrəhim oğlu, X5 Rübabə Abdulrəhim qızı, X8 Murad Abdulrəhim oğlu, X1 Ruhiyyə Abdulrəhman qızı, X2 Nərminə Abdulrahim qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə İmişli rayonunun Aranlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 5.41 ha torpaq sahəsi X30, X40, X23, Ərizəçi Abdulrəhman oğlu, X31, X17 və X9 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №304212 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X33 xx.xx.2009-cu ildə vəfat etmişdir. İşdə olan Seriya AZE******** nömrəli AR X11 surətinə əsasən Ərizəçi xx.xx.1965-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE08363566 nömrəli AR X11 surətinə əsasən X25 xx.xx.1959-cu ildə anadan olmuşdur. İşdə olan Seriya AA4463016 nömrəli AR X11 surətinə əsasən X34 xx.xx.1971-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE17892714 nömrəli AR X11 surətinə əsasən X15 xx.xx.1977-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AZE16825458 nömrəli AR X11 surətinə əsasən X19 xx.xx.1981-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İİ №250843 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Həsənağa Mehrab oğlu ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuş və Həziyeva soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №552842 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Kamil Şahmud oğlu ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş və Vəliyeva soyadını qəbul etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X7 Abdulrəhim Qaçay oğluna, Ərizəçi Abdulrəhman oğlu Ərizəçi, X5 Rübabə Abdulrəhim qızına, X8 Murad Abdulrəhim oğluna, X1 Ruhiyyə Abdulrəhman qızına, X2 Nərminə Abdulrahim qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0648 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X7 Abdulrəhim Qaçay oğluna, Ərizəçi Abdulrəhman oğlu Ərizəçi, X5 Rübabə Abdulrəhim qızına, X8 Murad Abdulrəhim oğluna, X1 Ruhiyyə Abdulrəhman qızına, X2 Nərminə Abdulrahim qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2343/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2343/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver