Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2363/2020 01.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Büsat qızının katibliyi ilə İddiaçı Cavabdehin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun iştirakı ilə İddiaçı cavabdeh «xxxxxxxx» X3rşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxxxxxx» X3rşı iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək onun barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 019473 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonunun Şahverdili kəndində yaşayır. «xxxxxxxx» X4 əməkdaşı xx xxxx 2020-ci il tarixdə onun adına 019473 nömrəli akt tərtib etmişdir. Ona görə ki, guya o, sayğaca giriş xəttinin üstünü açıb oradan sayğacdan kənar xəttdən istifadə edib və sayğacın alt qapağının möhürü yoxdur. Halbuki, o sayğacdan kənar X2 etmədiyini və sayğacın evin həyətində deyil küçədə quraşdırıldığını buna görə də sayğaca olunan müdaxiləyə görə məsuliyyət daşımadığını bildirmişdir. O, heç bir qanun pozuntusuna yol vermədiyini, vaxtı-vaxtında işığın pulunu ödədiyini və “xxxxxxxx” X6 heç bir borcu olmadığını öz ərizəsində bildirmişdir. Ona görə də onun barəsində tərtib edilmiş X2 qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, 019473 saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, “xxxxxxxx” ASC-nin X5 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005–ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”na və “X1 Qaydalarına” əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx xxxx 2020-ci il tarixdə İmişli rayonu, Şahverdili kəndində yaşayan İddiaçı məxsus obyektin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, sayğac dövriyyədən kənarlaşdırılıb. Belə ki, çıxış faza xətti açılaraq giriş faza xəttinin yuvasına qoşulmuşdur. Bu isə “EEİQ” 8.17, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona 13 kvt x 12 saat x 354 gün – 7586 kvts = 47638 kvts x 0,11 = 5240 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı əvvəllərdə “EEİQ”-nin tələbini pozmuş buna görə də onun barəsində xx xxxx 2020-ci il tarixli, NDM 019473 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən hesablanmış məbləğ İmişli rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(036)475/2019 saylı qətnaməsinə əsasən qismən təmin edilmişdir. Həmçinin xx.xx.2019cu il tarixdə onun barəsində növbəti bir “EEİQ”-nin pozulması haqqında 137050 saylı akt tərtib olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən mütəmadi olaraq X2 qaydalarının tələbləri pozulmuşdur. Bununla bərabər də iddiaçı mübahisələndirdiyi xx xxxx 2020-ci il tarixli, MDM 019473 saylı akta əsasən hesablanmış məbləğdən xx.xx.2020-ci il tarixdə 1522 manat ödənişi icra etmişdir. İddiaçı ilə qalan məbləğin hissə-hissə ödənilməsi haqqında xx xxxxxx 2020-ci il tarixdə 63 № li razılaşma protokolu bağlanmışdır. Beləliklə iddiaçı işin nəticəsi ilə razılaşmış, “EEİQ”-nin tələbini pozmasını faktiki etiraf etmişdir. Göründüyü kimi iddiaçı ərizəsində aktın etibarsız hesab edilməsi üçün heç bir sübut göstərə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş X2 qaydalarının pozulması haqqında xx xxxx 2020ci il tarixli 019473 saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Şahverdili kəndində yerləşən evində xx xxxx 2020-ci il tarixdə X2 qaydaları yoxlanılarkən sayğacın dövriyyədən kənarlaşdırılması və çıxış faza xəttinin açılaraq giriş faza xəttinin yuvasına qoşulması faktı aşkar olunmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş matariallarını və işin faktiki hallarını obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı yaşadığı İmişli rayonunun Şahverdili kəndində yerləşən evində X2 qaydaları yoxlanılarkən sayğacın dövriyyədən kənarlaşdırılması və çıxış faza xəttinin açılaraq giriş faza xəttinin yuvasına qoşulması faktı aşkar olunduğundan «EEİQ»-nın 8.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixli 019473 saylı akttərtibolunmuş və iddiaçıya əlavə enerji ödənişi hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «X2 Qaydaları»nın 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enercitəjhizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, aktın məişət abonentinin və iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilməli olduğu barədə birbaşa göstəriş verilmiş və bu tələbin icrası enerjitəchizatı müəssisəsinin nümayəndəsinin üzərinə qoyulmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, «xxxxxxxx» ASC ilə abonent arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş «X2 Qaydaları»nın 8.1-ci maddəsinin tələbinə görə dövlət energetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən …yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən …öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi iş üzrə tərəflər arasında müqavilə bağlanmadığından istehlakçının enerji təchizatı müəssisəsi qarşısında öhdəliyi də yaranmamışdır. «X2 Qaydaları»nın 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, “xxxxxxxx” ASC-nin X5 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005– ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”na və “X1 Qaydalarına” əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx xxxx 2020-ci il tarixdə İmişli rayonu, Şahverdili kəndində yaşayan İddiaçı məxsus obyektin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər və baxış zamanı sayğacın dövriyyədən kənarlaşdırılması, çıxış faza xəttinin açılaraq giriş faza xəttinin yuvasına qoşulması faktına əsasən iddiaçının barəsində xx xxxx 2020-ci il tarixli, NDM 019473 saylı akt tərtib edilmiş və akta əsasən 5240 manat məbləğində əlavə ödəniş hesablanmışdır. İddiaçı da həmin məbləğdən xx.xx.2020-ci il tarixdə 1522 manat ödəniş etmişdir. Həmşinin məhkəmədə tədqiq olunmuş sübutlara əsasən İddiaçı yaşadığı İmişli rayonu Şahverdili kəndində yerləşən evində elektrik sayğacına qanunsuz qoşulma hallarının aşkar edilməsi, həmin ünvanda elektrik enerjisinin talanması və ya enerjidən istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən subut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqalarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəlllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı barəsində tərtib edilmiş «X2 qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli 019473 saylı akta əsasən hesablanmış enerji məbləği 1522 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı barəsində tərtib edilmiş «X2 qaydalarının pozulması haqqında» xx xxxx 2020-ci il tarixli 019473 saylı akta əsasən hesablanmış enerji məbləği 1522 (bir min beş yüz iyirmi iki) manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2363/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2363/2020
01.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver