Məhkəmə qərarları › İş №2(036)-2372/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2372/2022

22.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2372/2022 22.08.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X8” X13, “X4” Ərizəçi, “X5” X33, “X6” X14, “X7” X34 və “X9” X19 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 15 noyabr 1997-ci il tarixli, 12 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,46 ha torpaq sahəsi X22, X23, X20, X15, X10, X16, X17, X18 və X9 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 05/69-349 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci ildə İmişli rayonunun Çahar kəndində anadan olmuşdur. İş materiallarında olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 avqust 2021-ci il tarixli, 05/69-350 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı, xx xxxxxx 1962-ci il tarixdə İmişli rayonunun Çahar kəndində doğulmuş, Ərizəçi soyadı İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə tərtib olunmuş soyadın, adın və ata adının dəyişdirilməsi haqqında 03 nömrəli akt qeydinə əsasən “İbadullayev”-dən “İbayev”-ə dəyişdirilmişdir. İş materiallarında olan AZE 07139653 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 07786666 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X5 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X11 qeyd edilmişdir. İş materiallarında olan AZE 17136023 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X6 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsi məlumatlarında X12 qeyd edilmişdir. İş materiallarında olan AZE 09932074 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X19 qeyd edilmişdir. İş materiallarında olan V-JQ 476258 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X24 arasında nikah 09 iyul 1993-cü il tarixdə İmişli RİHBnin Qaradonlu, Çahar və Gövhərli kənd icra nümayəndəliyində bağlanmış və həmin nikah 16 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X21 “İbayeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X22, X23, X1 Ələddin Tərxan oğlu, X10, X33, X14, X34 və X19 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-121A nömrəli 90706038 kodlu şəhadətnamənin X22, X23, X13, Ərizəçi, X10, X33, X14, X34 və X26 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X8 X2, X4 Ərizəçi kimi, X5 X11, X6 X3, X7 X12 və X9 X19 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar