Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2387/2021 20.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X19“ Ərizəçi, “X28” X29, “X20” Əsədova (Ataşova) Həmidə Afrəddin qızı, “X30” X31 və “X33” X13 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Aqrar islahat zamanı İmişli rayonunun Göbəktala kəndində 2.68 ha çöl pay torpaq sahəsi qeydiyyata alınmış və «Torpağa mülkiyyət hüququna dair» JN-0161 nömrəli 90703005 kodlu dövlət aktı verilmişdir. Dövlət aktında texniki səhv olaraq Ərizəçi X2, X1 Məlahət Cəlal qızı kimi, Əsədova (Ataşova) Həmidə Afrəddin qızı X3, X5 Vahim Əfrəddin oğlu kimi, X6 Anar Əfrəddin oğlu kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməklərinə mane olur. Həmin sənəddən istifadə edə bilməkləri üçün ad və ata adındakı yalnışlıqlar məhkəmə qaydasında düzəldilməli sənəddəki adlar şəxsiyyət vəsiqələrində olduğu kimi oxunmalıdır. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0161 nömrəli 90703005 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 25 noyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.68 ha torpaq sahəsi X19, X28, X20, X30 və X21 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 17695261 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X16 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X9 qeyd edilmişdir. İş materiallarında olan AZE 13831215 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarından olan AZ-İ 875122 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X23 arasında nikah 29 noyabr 2013-cü il tarixdə İmişli rayon Qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 766 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X15 “Əsədova” soyadı verilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X17 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AZE 16445109 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X24 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X13 qeyd edilmişdir İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin dövlət aktı ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərinin adları, Ərizəçi, X29, Əsədova (Ataşova) Həmidə Afrəddin qızı, X31 və X13 oxunmalı və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-0161 nömrəli 90703005 kodlu Dövlət aktının Ərizəçi, X29, Əsədova (Ataşova) Həmidə Afrəddin qızı, X31 və X25 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 Ərizəçi kimi, X16 X9, X12 Əsədova (Ataşova) Həmidə Afrəddin qızı kimi, X17 X10 və X24 X13 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2387/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2387/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver