Məhkəmə qərarları › İş №2(036)-2412/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2412/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2412/2023 19.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X3 Qulu Xanəhməd oğlu, X1 Sara Qavam qızı, X2 (Şxalıyeva) Çinarə İbadət qızı, X5 Fuad İbadət oğlu, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş X3 Qulu Xanəhməd oğlu, X1 Sara Qavam qızı, X2 (Şxalıyeva) Çinarə İbadət qızı, X5 Fuad İbadət oğlu JN- 027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3 Qulu Xanəhməd oğlu, X1 Sara Qavam qızı, X2 (Şxalıyeva) Çinarə İbadət qızı, X5 Fuad İbadət oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Bəcrəvan kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 6.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə və JN-027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir.Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur.Ona görə də, ərizə verib JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN-027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonu, Bəcrəvan kəndində yerləşən planda sərhədləri göstərilmiş 6.26 ha torpaq sahəsi Ərizəçi, X16, X9, X17, X10, X27, X18, X12 və X13 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonu, Bəcrəvan kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.21 ha torpaq sahəsi Ərizəçi, X16, X9, X17, X10, X27, X18, X12 və X13 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2001-ci il tarixli 10 saylı qərarı ilə İmişli rayonu, Bəcrəvan kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.79 ha torpaq sahəsi Ərizəçi, X16, X9, X17, X10, X27, X18, X12 və X13 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE 0******* nömrəli AR X7 surətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. İşdə olan Seriya AZE 17694793 nömrəli AR X7 surətinə əsasən X25 xx.xx.1991-ci ildə anadan olmuşdur. İşdə olan Seriya AA4433771 nömrəli AR X7 surətinə əsasən X30 xx.xx.1992-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ №466859 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X29 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ №413052 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X22 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №955941 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Fariz Afis oğlu ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuş və Həsənova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin Bəcrəvan kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 417 saylı arayışına əsasən JN-010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Həsənova (Şxalıyeva) Çinarə İbadət qızının adı X10, X14 adı X30, X19 adı X6 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN- 027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0010 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN-027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna, JN-027E saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X3 Qulu Xanəhməd oğluna, X1 Sara Qavam qızına, X2 (Şxalıyeva) Çinarə İbadət qızına, X5 Fuad İbadət oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar