Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2469/2020 23.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Maraqlı şəxs iştirakı ilə, ərizəçi İmişli rayon İcra Hakimiyyəti şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair işə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İmişli rayon İH şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1969-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs izahatında göstərmişdir ki, o, İmişli şəhəri, A.Nəmmədov küçəsi 8-də yaşayır. Onun doğma bacısı oğlu xx.xx.1969-cu il təvəllüdlü X3 uşaq vaxtlarından ruhi xəstəlikdən əziyyət çəkir və valideynləri vəfat etdikdən sonra onun himayəsində qalmışdır. O, hərəkətlərini idarə edə bilmir və psixi xəstə kimi dispanser qeydiyyatındadır. Ona görə də, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan İmişli RMX-dən verilmiş xx.xx.2019-cu il tarixli 48 saylı arayışda göstərilmişdir ki, İmişli şəhəri, Xiyabani küçəsində yaşayan xx.xx.1969-cu il təvəllüdlü X3 uşaqlıqdan əlil kimi dispanser qeydiyyatında dayanmışdır. İşdə olan AR ƏƏSMN 34 nömrəli Tibbi-Sosial EK tərəfindən verilmiş 767 nömrəli Müayinə aktından Çıxarışa əsasən xx.xx.1969-cu il təvəllüdlü X2 ağıl zəifliyi debillik dərəcəsində diaqnozu ilə müddətsiz 2-ci qrup əllillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1969-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2469/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2469/2020
23.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver