Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2478/2020 26.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh xxxxxxxx” ASC-nin nümayəndəsi: Əliyev Rövşən Yolçu oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh“xxxxxxxx” ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi tələbinədair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də,İddiaçı ərizəsini tam və obyektiv araşdıraraq hesabedir ki,İddiaçı iddia ərizəsinin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında elektrik enerjisi sərfinə görə hesablanmış debitor borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №2(036)-2478/2020
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2478/2020
26.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver