Məhkəmə qərarları › İş №2(036)-2479/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2479/2022

31.10.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2479/2022 31.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizəsinə dair işə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib onunla eyni ünvanda yaşayan xx.xx.1986-cı il təvəllüdlü X7 və xx.xx.1990-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.1986-cı il təvəllüdlü X7 və xx.xx.1990-cı il təvəllüdlü X6 anadangəlmə xəstədir və onunla birlikdə yaşayır. X8 və X6 psixi xəstəlikdən əziyyət çəkir və hərəkətlərini idarə edə bilmədiklərindən üzərlərində daimi nəzarətin həyata keçirilməsi tələb olunur. Onlar hərəkətlərinin mənasını anlamır və psixi xəstə kimi dispanser qeydiyyatındadırlar. Ona görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. İşdə olan İmişli RMX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1062 nömrəli arayışa əsasən xx.xx.1990-cı il təvəllüdlü X1 MRX-nin Publik Hüquqi şəxsi Poliklinika şöbəsində “ağır dərəcəli oliqofreniya” diaqnozu ilə əlaqədar dispanser qeydiyyatdadır. İşdə olan İmişli RMX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1063 nömrəli arayışa əsasən xx.xx.1990cı il təvəllüdlü xx.xx.1986-cı il təvəllüdlü X2 MRX-nin Publik Hüquqi şəxsi Poliklinika şöbəsində “ağır dərəcəli oliqofreniya” diaqnozu ilə əlaqədar dispanser qeydiyyatdadır. İşin materiallarında olan AR SN MPEM Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2572 saylı rəyində göstərilmişdir ki, müayinə olunarkən X5 ağır dərəcəli əqli gerilik aşkar edilmişdir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşin materiallarında olan AR SN MPEM Ambulator Məhkəmə Psixatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2573 saylı rəyində göstərilmişdir ki, müayinə olunarkən X4 ağır dərəcəli əqli gerilik aşkar edilmişdir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də o, fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. AR MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, xx.xx.1986-cı il təvəllüdlü X7 və xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və üzərilərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1986-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx.xx.1990-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar