Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2480/2022 26.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Rəhilə İsbər qızı və X3 Bahatur Bahatur oğlu və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Rəhilə İsbər qızı və X3 Bahatur Bahatur oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Boşçallar kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 2.75 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilərək JN- 145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı və JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənədlərdə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı səhv qeyd olunmuşdur. Ona görə də, ərizə verib JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonunun Əliqullar kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.26 ha torpaq sahəsi X13, X21, X17 və X14 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin 08 may 1998-ci il tarixli 05 saylı qərarı ilə İmişli rayonu, Əliqulular kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.75 ha torpaq sahəsi X13, X21, X17 və X15 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi xx.xx.1959-cu idə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ № 125252 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 133 saylı arayışına əsasən JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı X7 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 134 saylı arayışına əsasən JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X9 adı X6 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 135 saylı arayışına əsasən JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə texniki səhv olaraq X9 adı X6 yazılmışdır. İşdə olan İmişli RİHB-nin Əliqulular kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 132 saylı arayışına əsasən JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə texniki səhv olaraq Ərizəçi adı X8 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-232A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X1 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna və JN-145 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Rəhilə İsbər qızına və X3 Bahatur Bahatur oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2480/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2480/2022
26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver