Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2481/2020 07.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0013 nömrəli 90714018 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X8” Ərizəçi1 kimi, “X3” Ərizəçi3 və “X1” Ərizəçi2 kimi oxunması və həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 izahatında göstərdi ki, JN-0013 nömrəli 90714018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayon AİK-nın xx.xx.2001-ci tarixli 91 saylı qərarı ilə onlara 1.76ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onunadı səhvən “X13” kimi, digər ərizəçilərƏrizəçi3 adı “X6” və Ərizəçi2 “X5” kimi yazılmışdır.Torpaq sənədində onların adlarının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi2 ərizəni müdafiə edərək Ərizəçi1 izahatında göstərilən xüsusatları eynilə təsdiq etdilər və ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X12 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçiləri dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN-0013 nömrəli 90714018 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, İmişli rayon AİK-nin xx.xx.2001-ci tarixli 91 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 1.76 ha torpaq sahəsi X2, X13, X6, X5, X4 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 aid sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrindən və digər sənədlərində onların adları ilə dövlət aktında göstərilən adları düz gəlmir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0013 nömrəli 90714018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərindən Ərizəçi1 adı “X13” kimi, Ərizəçi3 adı “X6” kimi və Ərizəçi2 adı “X5” kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0013 nömrəli 90714018 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0013 nömrəli 90714018 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2481/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2481/2020
07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver