Məhkəmə qərarları › İş №2(036)-2486/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2486/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2486/2020 09.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0351 nömrəli 90700118 kodlu Dövlət aktında səhvən qeyd olunmuş “X1” Ərizəçi2 kimi, “Ərizəçi1xan qızının” Ərizəçi1 kimi oxunması və həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi2 izahatında göstərdi ki, JN-0081, kod90700118 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İmişli rayon AİK-nın xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə onlara 6.12 ha torpaq sahəsi verilmişdir. Dövlət aktında onunadı səhvən “X3” kimi, digər Ərizəçi1 adı “Ərizəçi1xan qızı” kimi yazılmışdır.Torpaq sənədində onların adlarının səhv yazılması həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur.Sözü gedən dövlət aktına müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişlər, həmin ərazi idarəsində düzəlişlərin edilməsindən imtina edilmişdir. Dövlət aktını vermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Ona görə də məhkəməyə müraciət etmişlər. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək Ərizəçi2nın izahatında göstərilən xüsusatları eynilə təsdiq etdilər və ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə ərizəçiləri dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1xan qızının adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarında olan JN-0351 nömrəli 90700118 kodlu «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının surətindən görünür ki, İmişli rayon AİK-nin xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 6.12 ha torpaq sahəsi X3, Ərizəçi1xan qızı, X4, Maraqlı şəxs1, X5, Maraqlı şəxs3 və X2 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqələrində, doğum haqqında şəhadətnamələrindən və digər sənədlərində onların adları ilə dövlət aktında göstərilən adları düz gəlmir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-0351 nömrəli 90700118 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərindən Ərizəçi2nın adı “X3” kimi və Ərizəçi1 adı “Ərizəçi1xan qızı” kimi qeyd olunmaqla yalnışlığa yol verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-0351 nömrəli 90700118 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0351 nömrəli 90700118 kodlu Dövlət aktının ərizəçilər Ərizəçi2 və Ərizəçi1 aid edilməsi və həmin sənədin onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar