Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2489/2020 06.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Qurban Hamid oğlu Hacıyevin sədrliyi, məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə’’ iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək 10063 manat məbləğində əsas borcun, 4482.16 manat məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı ASC-nə məxsus kənd təsərrüfatı texnikasını hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557-L/17 nömrəli müqaviləyə əsasən lizinq predmentini lizinqə götürmüşdür. Cavabdehə borcun qaytarılmasına dair rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Müqavilə üzrə cavabdehin 10063 manat məbləğində əsas borcu, 4482.16 manat məbləğində cərimə borcu qalmışdır. Ona görə də hazırda məhkəməyə müraciət edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ASC-yə göstərilən məbləğdə borcu yoxdur və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının xahişini nəzərə alıb, cavabdehi dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557- L/17 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 42140 manat və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 5002 manat məbləğində əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Texnika İmişli rayonunda istifadə olunacaqdır. Texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetiriləndək lizinq verənə məxsusdur. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İddiaçı ASC tərəfindən verilən xx xxxx 2017-ci il tarixli 2635/ü saylı əmrin surətindən görünür ki, “Belarus-892” traktoru və “AK-4-35” 4 gövdəli asma (təkərli) kotan xx.xx.2017-ci il tarixli 557-L/17 nömrəli lizinq müqaviləsi ilə Cavabdeh lizinqə verilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilən aktlardan görünür ki, xx xxxx 2017-ci il tarixli 2635/ü nömrəli əmr əsasında “Belarus-892” traktor və “AK-4-35” 4 gövdəli asma (təkərli) kotan saz, nizamlanmış və komplekt halda bazadan lizinq alan Cavabdeh təhvil verilmişdir. Lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0.1 %-i həcmində cərimə tələb edir. Müqavilənin 5.5-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin tələblərini yerinə yetirmədikdə lizinq verən bir tərəfli qaydada bu müqaviləni ləğv edir və texnikanı işlək vəziyyətə gətirilməsi üçün tələb olunan xərcləri, vurduğu zərərin və texnikanın dəyərinin 10 %-i miqdarında cərimənin lizinq alan tərəfindən alınması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı və lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərclər daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 4482.16 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 400 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557-L/17 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 10063 manat əsas borc, 400 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 10493 manat məbləğində pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. İddiaçı ASC (Lizinq verən) ilə Cavabdeh (Lizinq alan) arasında bağlanmış xx.xx.2017-ci il tarixli 557-L/17 nömrəli lizinq müqaviləsinə əsasən Cavabdeh 10063 manat əsas borc, 400 manat cərimə və 30 manat dövlət rüsumu cəmi 10493 (on min dörd yüz doxsan üç) manat məbləğində pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2489/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2489/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver