Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2490/2022 21.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə səhvən qeyd olunmuş “X1” X17, “X13” X25, “X18” Ərizəçi, “X14” X32, “X11” X26, “X15” X27 və “X12” X4 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə onun və ailə üzvlərinin adları düzgün qeyd olunmamışdır. Qeyd olunan aktda yalnışlığın olması onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməklərinə mane olur. Sözügedən şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin ərazi dairəsi düzəlişlərin edilməsindən imtina etmişdir. Dövlət Aktı vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur. Ona görə də həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 saylı şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 23 noyabr 1999-cu il tarixli, 11 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,76 ha torpaq sahəsi X8, X28, X33, X29, X20, X21, X30, X34, X22, X31 və X12 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan V-JQ 476571 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X9 arasında nikah 16 noyabr 1963-cü il tarixdə İmişli rayon VVAQ şöbəsində bağlanmış və həmin nikah 25 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X3 “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-1653979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-1653976 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 fevral 1960-cı ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan V-JQ 418537 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 08 iyul 1978-ci ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan XİX-JQ 465362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 08 yanvar 1996-cı ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan XVİİİ-JQ 375100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 09 iyun 1994-cü ildə İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. İş materiallarında olan AZE 04268160 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X13 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X5 qeyd edilmişdir. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X18 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 07673559 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X14 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X10 qeyd edilmişdir. İş materiallarında olan AZE 08150966 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsi məlumatlarında X6 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X7 qeyd edilmişdir. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu Dövlət aktında torpaq mülkiyyətçisi kimi göstərilmiş X12 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X4 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 715002 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X2 qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X17, X25, Ərizəçi, X29, Əliyeva (Dədəkişiyeva) Minarə Cəmil qızı, Əliyeva (Dədəkişiyeva) Səbinə Cəmil qızı, X32, X34, X26, X27 və X4 oxunmalı və həmin sənədlərin onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Torpağın mülkiyyətə verilməsinə dair» JN-113B nömrəli 90709038 kodlu şəhadətnamənin X17, X25, Ərizəçi, X29, Əliyeva (Dədəkişiyeva) Minarə Cəmil qızı, Əliyeva (Dədəkişiyeva) Səbinə Cəmil qızı, X32, X34, X26, X27 və X16 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənədlərdə torpaq mülkiyyətçisi kimi göstərilmiş X1 X2, X13 X5, X18 Ərizəçi kimi, X14 X10, X11 X6, X15 X7 və X12 X4 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2490/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2490/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver