Məhkəmə qərarları › İş №2(036)-2491/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2491/2022

14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2491/2022 14.09.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Kubra Həsən qızı, X1 Giləxanım Bahadır qızı, Ərizəçi Hsən oğlu Ərizəçi və Məmmədov Rüf”ət Kamil oğlu X9 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Cəfərli kəndində yaşayır. Rayonda aparılan torpaq islahatı nəticəsində 2.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş adların düzəldilərək X2 Kubra Həsən qızı, X1 Giləxanım Bahadır qızı, Ərizəçi Hsən oğlu Ərizəçi və Məmmədov Rüf”ət Kamil oğlu X9 oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən əsasən İmişli rayon AİK-nin xx.xx.1997-ci il tarixli 13 saylı qərarı ilə İmişli rayonunun Cəfərli kəndində yerləşən planda sərhədləri göstərilmiş 2.18 ha torpaq sahəsi X19, Ərizəçi Hsən oğlu, X8, Məmmədov Rüf”ət Kamil oğlu, X21, X24, X22, X12 və X10 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 304352 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İşdə olan Seriya AZE 13612258 nömrəli AR X4 surətinə əsasən X23 xx.xx.1986-cı ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 0******* nömrəli AR X4 surətinə əsasən Ərizəçi xx.xx.1957-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan Seriya AZE 13614114 nömrəli AR X4 surətinə əsasən X7 xx.xx.1958-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. İşdə olan İmişli RİHB-nin Cəfərli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 261 nömrəli arayışa əsasən «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq X11 adı X19, X3 adı X8, Ərizəçi adı Ərizəçi Hsən oğlu və X13 adı Məmmədov Rüf”ət Kamil oğlu kimi yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Kubra Həsən qızına, X1 Giləxanım Bahadır qızına, Ərizəçi Hsən oğlu Ərizəçi və Məmmədov Rüf”ət Kamil oğlu X16 aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0041 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Kubra Həsən qızına, X1 Giləxanım Bahadır qızına, Ərizəçi Hsən oğlu Ərizəçi və Məmmədov Rüf”ət Kamil oğlu X16 aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar