Məhkəmə qərarları › İş №2(036)-2498/2020

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-2498/2020

14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-2498/2020 14.08.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Mən, İmişli Rayon Məhkəməsinin hakimi Nüsrətov Tərlan Vaqif oğlu ərizəçi Ərizəçi QİZİ Maraqlı şəxs1 QİZİ, Maraqlı şəxs2, Maraqlı şəxs3 QİZİ, Maraqlı şəxs4 QİZİ, Maraqlı şəxs5 QİZİ qismində cəlb etdiyi ______ ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi QİZİ Maraqlı şəxs1 QİZİ, Maraqlı şəxs2, Maraqlı şəxs3 QİZİ, Maraqlı şəxs4 QİZİ, Maraqlı şəxs5 QİZİ maraqlı şəxs qismində cəlb etdiyi ______ ərizə ilə müraciət edərək ______ xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizədə maraqlı şəxsin qeydiyyatda olduğu ünvan və ərizə üzrə tələbi konkret olaraq göstərilməmişdir. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi QİZİ Maraqlı şəxs1 QİZİ, Maraqlı şəxs2, Maraqlı şəxs3 QİZİ, Maraqlı şəxs4 QİZİ, Maraqlı şəxs5 QİZİ qismində cəlb etdiyi ______ ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar