Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2507/2023 19.10.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsinda səhvən qeyd olunmuş adların düzəldilərək Fətullayeva X8 Gülzar Ceyfun qızı, X1 (Fətullayeva) Samirə Süleyman qızı kimi oxunaraq həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhərinin R.Məmmədov k.48-də yaşayır.Rayonda aparılan torpaq islahatı nəticəsində 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş və JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsi ilə adlarına rəsmiləşdirilmişdir.Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır.Ona görə də, JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində səhvən qeyd olunmuş adların düzəldilərək Fətullayeva X8 Gülzar Ceyfun qızı, X1 (Fətullayeva) Samirə Süleyman qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişdir. İşdə olan JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsinin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə İmişli şəhərinin R.Məmmədov k.48-də yerləşən planda sərhədləri göstərilmiş 0.04 ha torpaq sahəsi X9, Ərizəçiə Ceyhun qızı, X6, X7 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Seriya AZE0******* nömrəli AR X5 surətinə əsasən Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. İşdə olan olan Seriya AA0867527 nömrəli AR X5 surətinə əsasən X13 xx.xx.1983cü ildə anadan olmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ №249217 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X2 Cahət Şahsuvar oğlu ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuş və Şükürlü soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2487 nömrəli arayışına əsasən JN-1646A saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv olaraq Ərizəçi adı Ərizəçiə Ceyhun qızı, Şükürlü (Fətullayeva) Samirə Süleyman qızının adı X3 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində mülkiyyətçi kimi göstərilmiş Ərizəçiə Ceyhun qızı Ərizəçi, X1 (Fətullayeva) Samirə Süleyman qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-1646A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçiə Ceyhun qızı Ərizəçi, X7 qızı Şükürlü (Fətullayeva) Samirə Süleyman qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2507/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2507/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver