Məhkəmə qərarları › İş №2(036)-2508/2020

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2508/2020

09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2508/2020 09.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Günay Ramazan qızı, X4 Səadət İsmayıl qızı və X1 Nəhayət İsmayıl qızı kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonunun Soltanmuradlı kəndində yerləşən cizgidə sərhədləri göstərilmiş 3.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, ərizə verib JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında səhvən qeyd olunmuş X2 Günay Ramazan qızına, X4 Səadət İsmayıl qızına və X1 Nəhayət İsmayıl qızına aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktının surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxx 1997-ci il tarixli 12 saylı qərarı ilə İmişli rayonunun Soltanmuradlı kəndində yerləşən planda sərhədləri göstərilmiş 3.19 ha torpaq sahəsi X32, X33, X25, X26, X15, X34, X35, X27 və X17 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 437728 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X24 xx.xx.1977-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur, atası X32 və anası X9 qeyd olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Xİ-JQ № 356841 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.1986-cı ildə İmişli rayonunun Soltanmurdalı kəndində anadan olmuşdur, atası X32 və anası X9 qeyd olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin İV-JQ № 388259 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi3 xx.xx.1952-ci ildə İmişli rayonunun Soltanmuradlı kəndində anadan olmuşdur, atası X32 və anası X9 qeyd olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/69-258 saylı arayışına əsasən Ərizəçi3 X32 ilə xx.xx.1976-cı ildə rəsmi nikaha daxil olmuş və Cəfərova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin AZ-İ № 758230 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X3 Elvin Eyvazxan oğlu ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş və Nadirova soyadını qəbul etmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin Vİİ-JQ № 343512 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X5 Şahin Sərxan oğlu ilə xx.xx.1997-ci ildə rəsmi nikaha daxil olmuş və Nəzərova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 131 saylı arayışda göstərilmişdir ki, JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X18 adı X8 yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 133 saylı arayışda göstərilmişdir ki, JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X11 adı X6 yazılmışdır. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 132 saylı arayışda göstərilmişdir ki, JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında texniki səhv edilərək X13 adı X10 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X2 Günay Ramazan qızına, X4 Səadət İsmayıl qızına və X1 Nəhayət İsmayıl qızına aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-0066 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş X2 Günay Ramazan qızına, X4 Səadət İsmayıl qızına və X1 Nəhayət İsmayıl qızına aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar