Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-251/2024 14.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli İF/06083 saylı X7 müqaviləsi üzrə Cavabdeh 12.175,95 manat əsas borc və 127,0 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" MMC-ə məxsus olan 18.700,0 manat dəyərində “Chevrolet Cruze” markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixli İF/06083 saylı X7 müqaviləsinə əsasən 4.700,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 36 ay müddətində hissə-hissə ödənilməsi şərti ilə Cavabdeh verilmişdir. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərini iyerinə yetirməyərək cəmi 641,0 manat lizinq haqqı ödəmiş və xx.xx.2023-cü il tarixdə avtomobili nasaz vəziyyətdə cəmiyyətə təhvil vermişdir. Ona görə də, Cavabdeh 12.175,95 manat əsas borc və 127,0 manat dövlət rüsumu tutularaq cəmiyyətin xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. İşdə olan Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2012-ci il buraxılışlı, «Chevrolet Cruze» markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir. İşdə olan Lizinq verən "xxxx" MMC ilə Lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06083 saylı X7 müqaviləsinin surətinə əsasən 18.700,0 manat dəyərində «Chevrolet Cruze» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil 4.700,0 manat ilkin ödəniş edildikdən sonra qalan məbləğin 36 ay müddətində hissə-hissə ödənilməsindən sonra mülkiyyətə keçməsi şərti ilə lizinqə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mükiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 11.1.4-cü 5.2-ci bəndinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq birdəfədən artıq ödəmədikdə Lizinq verən lizinq obyektini mübahisəsiz geri ala və Lizinq müqaviləsini vaxtından qabaq ləğv edə bilər. İşdə olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktının surətinə əsasən Lizinq alan Cavabdeh Lizinq verən iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan «Chevrolet Cruze» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobili X3 təhvil almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İF/06083 nömrəli Müqaviləyə 5 saylı Əlavəyə (Lizinq ödənişləri cədvəli) əsasən Lizinq alan Cavabdeh xx.xx.2023-cü il tarixdə 4700,0 manat ödədikdən sonra xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hər ay 641.25 manat məbləğində lizinq haqqı ödəyərək 36 ay müddətində Lizinq verənə 14.000,0 manat əsas və 9.085,11 manat mükafat, cəmi 23.085,11 ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli X5 surətinə əsasən "xxxx" MMC-nin sifarişi ilə «Chevrolet Cruze» markalı **-AM-*** dövlət nömrə nişanlı avtomobilə müstəqil sığorta eksperti Ə.O.Kərimov tərəfindən baxış keçirilərkən avtomobilin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan vəsaitin cəmi 2145,0 manat təşkil etdiyi müəyyən edilmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqların və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən halda, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin AR Mülki Məcəlləsinin 748-6.1-cı maddəsinə əsasən Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli İF/06083 saylı X7 müqaviləsi xx.xx.2023-cü il tarixdə birtərəfli qaydada ləğv edilərək lizinq obyekti olan «Chevrolet Cruze» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobil geri alındığı üçün həmin vaxtdan tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Həmin tarixdə müqavilə üzrə ödənilməyən lizinq ödənişlərinin ümumi məbləği 3206,25( 641,25x5) manat olmuşdur. Ona görə də, Cavabdeh ümumi lizinq ödənişi üzrə 3206,25 manat əsas borc tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216- 220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh ümumi lizinq ödənişi üzrə 3206,25 ( üç min iki yüz altı) manat əsas borc və 53,0 (əlli üç) manat dövlət rüsumu tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(036)-251/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-251/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver