Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2522/2020 09.09.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib JN-512A «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə səhvən qeyd olunmuş Muradova X16 Nişan Yunus qızı və X1 Elbrus Allahyar oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, rayonda aparılan torpaq islahatı nəticəsində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən cizgidə sərhədləri göstərilmiş 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş və JN-512A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin sənəddə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adı düzgün qeyd olunmamışdır. Ona görə də, JN- 512A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməsində səhvən qeyd olunmuş adların düzəldilərək Muradova X16 Nişan Yunus qızı və X1 Elbrus Allahyar oğlu kimi oxunaraq həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə vermişlər. İşdə olan JN-512A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin xx xxxxxxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə İmişli rayonunun Otuziki kəndində yerləşən planda sərhədləri göstərilmiş 0.17 ha torpaq sahəsi X14, Ərizəçiə Alışan qızı, X11, X7, X12, X13 və X5 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.1981-ci il tarixli 629 saylı arayışına əsasən X13 xx.xx.1981-ci ildə İmişli rayonununda anadan olmuşdur, atası X15 və anası Ərizəçi kimi qeyd olunmuşdur. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.1955-ci il tarixli 152 saylı arayışına əsasən Ərizəçi xx.xx.1955-ci ildə İmişli rayonununda anadan olmuşdur, atası X15 və anası Ərizəçi kimi qeyd olunmuşdur. İşdə olan İ-JQ № 270450 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 Allahyar Bəhrəm oğlu ilə xx.xx.1974-cü ildə rəsmi nikaha daxil olmuş və Muradova soyadını qəbul etmişdir. İşdə olan İmişli RİHB-nin İmişli şəhər İƏD üzrə İN-nin xx.xx.2020-ci il tarixli 2923 saylı arayışına əsasən «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv edilərək Ərizəçi adı Ərizəçi Alışan qızı və X6 adı X2 yazılmışdır. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ona görə də məhkəmə hesab edir ki, JN-512A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçi kimi göstərilmiş Ərizəçi Alışan qızı Ərizəçi və X1 Elbrus Allahyar oğluna aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. JN-512A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə torpaq mülkiyyətçiləri sırasında qeyd olunmuş Ərizəçi Alışan qızı Ərizəçi və X1 Elbrus Allahyar oğluna aid edilsin və həmin sənədin müvafiq olaraq onlara məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-2522/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2522/2020
09.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver