Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2523/2023 15.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə səhvən qeyd olunmuş «X9» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X20, «X10» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X13, “X7” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi və “X4” şəxsiyyət vəsiqəsində olduğu kimi X3 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin adına İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamə verilmişdir. Həmin sənəddə texniki səhv olaraq «X9» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X5, «X10» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X2, “X7” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi və “X4” şəxsiyyət vəsiqəsində olduğu kimi X3 yazılmamışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etməsinə mane olur. Dövlət Aktını vermiş Aqrar İslahat Komissiyası və torpaq orqanları ləğv edildiyindən torpaq sənədinin məhkəmədənkənar dəyişdirilməsi mümkünsüzdür. Hüquqa dair heç bir mübahisə yoxdur.
3. İş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamənin surəti ilə müəyyən olur ki, İmişli rayon AİKnin xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İmişli rayonu, Cavadxanlı kəndinin ərazisində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi X17, X18, X14, X19 və X4 xüsusi mülkiyyətinə verilmişdir.
4. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir.
5. Seriya AZE 02981222 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X9 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X6 qeyd edilmişdir.
6. Vİİ-JQ 388406 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, torpaq mülkiyyətçisi kimi göstərilmiş X15 və X11 arasında İmişli RİHB-nin Qaralar kənd nümayəndiliyində xx.xx.1999-cu il tarixdə 4 saylı nikah akt qeydi bağlamışdır. Nikah bağlanandan sonra arvada “Sefullayeva” soyadı verilmişdir. Seriya AZE 15187892 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X2 qeyd edilmişdir.
7. Seriya AZE 02982806 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X4 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir.
8. İmişli RİHB-nın Qaralar KİDƏN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 630 nömrəli arayış ilə müəyyən olur ki, İmişli rayonu, Qaralar kəndinin ərazisində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsinə DTXK tərəfindən JN-174A nömrəli, KOD 90708028 olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamə verilmişdir. Lakin, Aqrar İslahat Komissiyasının texniki səhvi nəticəsində həmin sənəddə torpaq mülkiyyətçilərinin adları düzgün yazılmamışdır. «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında göstərilən adlarla şəxsiyyət vəsiqəsindəki adlar eyni şəxslərdir.
9. Maraqlı şəxs tərəfindən ərizə ilə bağlı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
14. Maddə 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəm hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir.
15. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
21. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
22. Belə ki, iş materiallarına əlavə edilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamənin surəti ilə müəyyən olur ki, İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə İmişli rayonu, Cavadxanlı kəndinin ərazisində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi X17, X18, X14, X19 və X4 xüsusi mülkiyyətinə verilmişdir.
23. Həmin sənəddə torpaq mülkiyyətçilərinin adları səhv qeyd edilmişdir.
24. Hazırkı mübahisənin mahiyyəti ««Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamənin ərizəçi və onun ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsindən ibarətdir.
25. Ərizəçinin hüquqmüəyyənedici sənəddə torpaq mülkiyyətçilərinin adının səhv yazılması barədə qeydinin başqa qaydada bərpası mümkün deyildir.
26. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
29. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
30. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
31. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir.
32. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
33. Mülki-Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
34. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
35. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
36. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə səhvən qeyd olunmuş «X9» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X20, «X10» adının şəxsiyyət vəsiqəsində olduğu kimi X13, “X7” adının şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi və “X4” adının şəxsiyyət vəsiqəsində olduğu kimi X16 olması faktı öz təsdiqini tapmışdır.
37. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
39. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
40. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. İşin faktiki halları ilə müəyyən olur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN- 174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə texniki səhvə yol verilərək torpaq mülkiyyətçilərinin adları düzgün qeyd olunmamışdır, həmin Şəhadətnamə ərizəçiyə və onun ailə üzvlərinə məxsusdur.
42. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı Şəhadətnamədə torpaq mülkiyyətçilərinin adları X20, X13, Ərizəçi və X12 məxsus olması faktı müəyyən edilməlidir.
43. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi barədə ərizəsi təmin edilsin. İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 saylı qərarına əsasən verilmiş «Torpağın mülkiyyətə verilməsinə dair» JN-174A nömrəli, KOD 90708028 saylı X1, X13, Ərizəçi və X12 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev