Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2526/2020 27.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsi üzrə mülki işə İmişli rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək «Torpağa mülkiyyət hüququna dair» JN-508 nömrəli 90712028 kodlu Dövlət Aktında səhv olaraq yazılmış “Ərizəçi Məşdi oğlu”nun şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi kimi və “X12”nın şəxsiyyət vəsiqəsində olduğu kimi X8 oxunması və həmin sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, ona və ailəsinə məxsus 2.21 ha pay torpaq sahəsinə «Torpağa mülkiyyət hüququna dair» JN-5xx xxxxx 90712028 saylı Dövlət Aktı verilmişdir. Dövlət Aktında texniki səhv olaraq onun ata adı Ərizəçi əvəzinə “Ərizəçi Məşdi oğlu” kimi və həyat yoldaşının soyadı, ata adı X21 əvəzinə “X12” kimi qeyd edilmişdir. Bunu şahidlər də təsdiq edə bilərlər. Torpaq sənədində buraxılmış səhvlər onların həmin hüquqmüəyyənedici sənəddən istifadə etmələrinə mane olur. Həmin sənəddən istifadə edə bilmələri üçün yanlışlıq məhkəmə qaydasında düzəldilməlidir.Dövlət Aktınivermiş Aqrar islahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan X6 surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. X5, anası X9r. İşdə olan X6 surətindən görünür ki, X15 xx xxxxxx 1966-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X13r. İş materiallarında olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1963-cü il tarixdə İmişli şəhərində doğulmuş ərizəçinin soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 17037471 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində doğulmuş ərizəçinin həyat yoldaşının soyadı və ata adı X8 qeyd edilmişdir. İş materiallarında olan JN-508 nömrəli 90712028 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktınin surətinə əsasən İmişli rayon AİK-nin xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 2.21 ha torpaq sahəsi Ərizəçi Məşdi oğlu, X12, X20, X17 və X10 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan X7 surətindən görünür ki, Ərizəçi və X15 arasında nikah xx xxxxxx 1985-ci il tarixdə 251 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra X11 “Əliyeva” soyadı verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, «Torpağa mülkiyyət hüququna dair» JN-508 nömrəli 90712028 kodlu Dövlət Aktında açıq səhvə yol verilərək torpaq mülkiyyətçilərindən Ərizəçi ata adı səhvən “Ərizəçi Məşdi oğlu” kimi, X2, ata adı isə “X12“ kimi qeyd olunmuşdur, onların şəxsiyət vəsiqələrində və digər rəsmi sənədlərdə qeyd olunan soyadları və ata adları ilə Dövlət Aktında göstərilən soyadları və ata adları düz gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda məhkəmə hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, «Torpağa mülkiyyət hüququna dair» JN-508 nömrəli 90712028 kodlu Dövlət Aktının Ərizəçi, X21, X20, X17 və X14 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. «Torpağa mülkiyyət hüququna dair» JN-508 nömrəli 90712028 kodlu Dövlət Aktınin Ərizəçi, X21, X20, X17 və X14 məxsus olması faktı müəyyən edilsin. Qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş Ərizəçi Məşdi oğlunun Ərizəçi kimi, X4 isə X8 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-2526/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-2526/2020
27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver