Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-253/2025 13.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı iddiaçının xüsusi mülkiyyətində olan İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehə qarşı cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmənin baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, telefon vasitəsi ilə əlaqə saxlayaraq mübahisəni öz aralarında həll etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir; 115.0.1 və 115.0.3-cü maddələrinə müvafiq olaraq tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər; 125-ci maddəsinə əsasən məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir; 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 120 manat dövlət rüsumu, mütəxəssis rəyinin alınması üçün isə 100 manat məbləğində rüsum ödənilmişdir. Eksperiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsinə dair ekspert rəyinin alınması üçün ekspertiza xərcinin dəyəri 50 manat məbləğindədir. Mülki iş üzrə iddia ərizəsinin cavabdehə verilməsi, tərəflərin xəbərdar edilmələri və məhkəməyə çağırılmaları ilə əlaqədar tərəflərə ümumilikdə 8 sifarişli poçt göndərişi göndərilmişdir ki, həmin göndərişlərin dəyəri 14,4 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlandığından xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə ödənilən 120 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Məhkəmə xərclərinin bölünməsi ilə bağlı məhkəmə hesab edir ki, müvafiq mütəxəssis və ekspertiza rəylərinin alınması məhkəmənin təşəbbüsü ilə edilməsinə baxmayaraq iddianın təmin olunub-olunmadığını müəyyən etmək, işə düzgün baxılması və onun həll edilməsi üçün zəruri olduğundan mütəxəssis rəyinin alınması üçün 100 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülməli, həmçinin tərəflərin xəbərdar edilmələri və məhkəməyə çağırılmaları ilə əlaqədar 14,4 manatdan ibarət məhkəmə xərci İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114,115, 125, 259.0.6, 260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının xüsusi mülkiyyətində olan İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi üzrə ödənilən 120 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Mütəxəssis rəyinin alınması üçün 100 manat məbləğində xidmət haqqından ibarət məhkəmə xərci iddiaçının özünə aid edilsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. İddiaçı 14,4 manat məbləğində məhkəmə xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) qərardadın iddianın baxılmamış saxlanması və məhkəmə xərclərinin bölünməsi ilə əlaqədar hissəsindən İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2(036)-253/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-253/2025
13.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver