Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-34/2024 06.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin naturada ölçülüb təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 İmişli rayonu Çahar kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ona məxsus olan 1.699 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin mütəxəssisləri tərəfindən ölçülüb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon AİK-nin qərarı ilə İmişli rayonunun Çahar kəndində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.6691 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********97 reyestr nömrəli Çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi cavabdehlər Cavabdeh1, X10 və Cavabdeh3 torpaq sahələri ilə qonşudur. İslahatdan sonra torpaq sahələrində sürüşmələr olub və hər bir sakinin torpaq sahəsinin 0.64 ha hissəsi qonşu torpaq sahəsinin sərhədləri daxilinə düşür. X1 faktiki torpaq sahəsinin az olması səbəbindən məhkəməyə müraciət etmiş və məhkəmənin qərarı ilə onun torpaq sahəsindən 0.64 ha ayrılaraq X6 verilmişdir. Bundan sonra o, DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinin faktiki yerinin ona göstərilməsini xahiş etmişdir. Mütəxəssislər tərəfindən onun torpaq sahəsinə baxış keçirilən zaman müyyən olunmuşdur ki, onun torpaq sahəsinin 0.64 ha hissəsi cavabdehlərin torpaq sahələrinin sərhədləri daxilindədir. Hesab edir ki, cavablər onun torpaq sahəsinin hüdudlarından çıxarılmalıdır.
3. İmişli rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-0072 nömrəli, KOD 90706038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qeydiyyat kitabında 982 nömrə ilə qeydə alınmış, İmişli rayonu Çahar kəndi ərazisində 1.70 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumibirgə pay hüququ əsasında mülkiyətlərindəndir.
4. İmişli rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-0073 nömrəli, KOD 90706038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qeydiyyat kitabında 983 nömrə ilə qeydə alınmış, İmişli rayonu Çahar kəndi ərazisində 1.03 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin ümumibirgə pay hüququ əsasında mülkiyətlərindəndir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********97 reyestr nömrəli Çıxarışa əsasən İmişli rayonu, Çahar kəndi ərazisində 1.6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış və ümumibirgə pay hüququ əsasında onun ailə üzvlərinə məxsusdur.
6. Məhkəmə tikinti-texniki ekspertizasının 11 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olur ki, İddiaçı Heydər oğlu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.6991 ha torpaq sahəsi ilə Cavabdeh1 Heydər oğlu, X10 və Cavabdeh3 mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatları sənəd üzrə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********97 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Heydər oğlunun və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.6991 ha torpaq sahəsinin 0.5141 ha hissəsi Cavabdeh1 Heydər oğlu, 0.0989 ha hissəsi Cavabdeh3, 0.0988 ha hissəsi Cavabdeh2, 0.0988 ha hissəsi X8 tərəfindən istifadə olunur. Qeyd edilən torpaq sahəsinin 0.0354 ha hissəsi isə həmin ərazidən çəkilmiş su arxınin ərazisi ilə üst-üstə düşür. İmişli rayonu Çahar kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun Çahar kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələrinin ölçüləri ilə onların faktiki istifadə etdikləri torpaq sahələrinin ölçüləri və koordinatları arasında uyğunsuzluq mövcuddur. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
7. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
9. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iş cavabdehərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
17. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
18. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
19. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
20. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.
21. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
28. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-0072 nömrəli, KOD 90706038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qeydiyyat kitabında 982 nömrə ilə qeydə alınmış, İmişli rayonu Çahar kəndi ərazisində 1.70 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumibirgə pay hüququ əsasında mülkiyətlərindəndir. İmişli rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 12 saylı qərarı ilə JN-0073 nömrəli, KOD 90706038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı qeydiyyat kitabında 983 nömrə ilə qeydə alınmış, İmişli rayonu Çahar kəndi ərazisində 1.03 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzvlərinin ümumibirgə pay hüququ əsasında mülkiyətlərindəndir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, **********97 reyestr nömrəli Çıxarışa əsasən İmişli rayonu, Çahar kəndi ərazisində 1.6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmış və ümumibirgə pay hüququ əsasında onun ailə üzvlərinə məxsusdur. Məhkəmə tikinti-texniki ekspertizasının 11 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olur ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.6991 ha torpaq sahəsi ilə Cavabdeh1, X10 və Cavabdeh3 mülkiyyətinə verilmiş torpaq sahələrinin koordinatları sənəd üzrə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********97 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.6991 ha torpaq sahəsinin 0.5141 ha hissəsi Cavabdeh1, 0.0989 ha hissəsi Cavabdeh3, 0.0988 ha hissəsi Cavabdeh2, 0.0988 ha hissəsi X8 tərəfindən istifadə olunur. Qeyd edilən torpaq sahəsinin 0.0354 ha hissəsi isə həmin ərazidən çəkilmiş su arxınin ərazisi ilə üst-üstə düşür. İmişli rayonu Çahar kəndində torpaq islahatı aparılan zaman tərtib olunmuş kompleks yerquruluşu layihəsində əksini tapmış koordinatlarına uyğun Çahar kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş pay torpaq sahələrinin ölçüləri ilə onların faktiki istifadə etdikləri torpaq sahələrinin ölçüləri və koordinatları arasında uyğunsuzluq mövcuddur.
30. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
31. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
34. Prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir.
35. Müvafiq qanunvericilik normalarını və işin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq zəbt edildiyinə görə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.
36. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
38. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
39. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X4 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.6991 ha torpaq sahəsinin 0.5141 ha hissəsindən Cavabdeh1, 0.0989 ha hissəsindən Cavabdeh3 və 0.0988 ha hissəsindən X10 cıxarılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X5 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, X12 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin naturada ölçülüb təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, **********97 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Heydər oğlu və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən 1.6991 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5141 ha hissəsindən Cavabdeh1, 0.0989 ha hissəsindən Cavabdeh3 və 0.0988 ha hissəsindən X10 cıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X5 alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev