Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(106)-1202/2025 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “icarədə olan torpaq sahəsindən və binadan çıxarılma, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə tərkibi MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun icarəsində olan Imişli rayonu ərazisində yerləşən 3 ha meşə ərazisindən və istifadəsinə verilmiş binadan çıxarılması, ona vurduğu maddi zərərin zərərin əvəzi kimi 1310 manat, zəbt etdiyi sahənin icarə pulu 15000 manat olmaqla, cəmi 16310 (on altı min üç yüz on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim: Orxan Mahmud) iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, 2-ci qrup Çernobıl əlilidir. Övladları da əlildirlər. Dolana bilmədiyi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2005-2006-cı illərdə müraciət edib kəndlərinin yaxınlığındakı meşə ərazisindən 3 hektar icarəyə torpaq sahəsi götürmüşlər. Həmin ərazidə qaçqınlara məxsus 3 otaqlı ön hissəsi çardaqlı binanı qorunub saxlanılması üçün həmin məktəbin direktoru tərəfindən onun istifadənə verilmişdir. Lakin həmin binadan qanuni istifadə etməyinə baxmayaraq Cavabdeh Kərim oğlu sabiq icra hakimiyyəti başçısı Vilyam Hacıyevlə qanunsuz sənəd düzəldərək 1-ci kvartal 29-cu bölməsində yerləşən binanı *** saylı sərəncamla bələdiyyə torpağı kimi almışdır. Bu haqda meşə idarəsinin elektron xəritəsinin surətini də əlavə edir. Onu da bildirmək istəyir ki, meşə fondu torpağı “Torpaq islahatı haqqında” qanunun 2ci fəslinin 6-cı maddəsinin 4-cü bəndinə və Meşə Məcəlləsinin 11-ci madəsinə əsasən dövlət mülkiyyəti olaraq özəlləşdirilmir. Onun üç hektar torpaq sahəsinin icazəsində 0.2 ha istirahət reqrasiya məqsədi ilə müqavilə bağlanıb, VÖEN var, bütün vergiləri o ödəyir. Lakin 2016-cı ildən bəri həmin ərazini Cavabdeh zəbt edib qanunsuz olaraq istirahət mərkəzi kimi istifadə edir. Ona məxsus olan işlək su krantını, 150 metr işıq kabelini, 3 otaqlı ayaqyolunu, 2 taylı dəmir ramkalə qapını mənimsəyib. Cavabdeh 2016-cı ildən onun istifadə etdiyi ərazini ayı 400 manata qanunsuz icarəyə verir. Bununla o, istifadəsində olan ərazini özbaşına zəbt edərək ona maddi ziyan vurmuşdur. Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini ləğv etməklə, iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdeh Cavabdeh binadan çıxarılması hissəsində ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Iş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, Imişli Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı Imişli RIHB-nin sərəncamına əsasən əldə etdiyi Imişli rayonunun Şahverdili kəndi ərazisində yerləşən tikilidən cavabdeh İddiaçı çıxarılması barədə iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı iddiaçı Cavabdeh istifadəsində olan Imişli rayonunun Şahverdili kəndi ərazisində qeyri-hökumət təşkilatı tərəfindən inşa edilmiş tikilidən çıxarılması qət edilmişdir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Iş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Istənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının məhkəmə tərəfindən müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulubpozulmadığı isə qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Imişli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh binadan çıxarılması hissəsində ləğv edilsin. Iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan rəsmi təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1202/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1202/2025
06.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver