Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-39/2025 23.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarədə olan torpaq sahəsindən və binadan çıxarılma, vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun icarəsində olan İmişli rayonu ərazisində yerləşən 3 ha meşə ərazisindən və istifadəsinə verilmiş binadan çıxarılması, ona vurduğu maddi zərərin zərərin əvəzi kimi 1310 manat, zəbt etdiyi sahənin icarə pulu 15000 manat olmaqla, cəmi 16310 (on altı min üç yüz on) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2-ci qrup “Çernobıl” əlilidir. Övladları da əlildirlər. Dolana bilmədiyi üçün o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2005-2006-cı illərdə müraciət edib 3 hektar icarəyə torpaq sahəsi götürmüşdür. Həmin ərazidə qaçqınlara məxsus 3 otaqlı ön hissəsi çardaqlı binanı qorunub saxlanılması üçün həmin məktəbin direktoru tərəfindən onun istifadəsinə verilmişdir. Lakin həmin binadan qanuni istifadə etməyinə baxmayaraq Cavabdeh sabiq icra hakimiyyəti başçısı Vilyam Hacıyevlə qanunsuz sənəd düzəldərək meşənin 1-ci kvartal 29-cu bölməsində yerləşən binanı 125 saylı sərəncamla bələdiyyə torpağı kimi almışdır. Bu barədə meşə idarəsinin elektron xəritəsinin surətini də əlavə edir. Onu da bildirmək istəyir ki, meşə fondu torpağı torpaq islahatı haqqında qanunun 2-ci fəslinin 6-cı maddəsinin 4-cü bəndinə və Meşə Məcəlləsinin 11-ci mədəsinə əsasən dövlət mülkiyyəti olaraq özəlləşdirilmir. Onun üç hektar torpaq sahəsinin ərazisində 0.2 ha istirahət reqrasiya məqsədi ilə müqavilə bağlanıb, VÖEN var, bütün vergiləri o, ödəyir, lakin 2016-cı ildən bəri həmin ərazini Cavabdeh zəbt edib qanunsuz olaraq istirahət mərkəzi kimi istifadə edir. Ona məxsus olan 200 manat dəyərində işlək su krantını, 210 manat dəyərində 150 metr işıq kabelini, 800 manat dəyərində 3 otaqlı ayaqyolunu, 100 manat dəyərində 2 taylı dəmir ramkalı qapını mənimsəmişdir. Cavabdeh 2016-cı ildən ona aid olan ərazini ayı 400 manata arendaya verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Onun tələbi budur ki, ona aid olan yuxarıda qeyd etdikləri ona qeyri şərtsiz qaytarılsın. Həmin ildən bəri ona vurduğu ziyan arenda haqqı hesablansın ona dəymiş ziyan kimi qaytarılsın və sərəncam üzə çıxsın. Həqiqətən kənd ərazisidirsə onda icra hakimiyyəti ona torpağın mülkiyyəti verilməsinə dair şəhadətnamə verməlidir. Xəritəylə göstərib sübut etməlidir. Ya da qanunsuz verilən sərəncam meşə torpağının 80 metr içərisində olduğu üçün ləğv edilsin və Cavabdeh həmin binadan çıxmasına qərar verilsin. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, İddiaçı icarə hüququna dair sənədləri yoxdur. Onun müqavilə müddəti bitmişdir. Həmin bina ona verilmişdir və onundur. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin faktiki halları: İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı və Ağcəbədi meşə təsərrüfatı mərkəzinin direktoru Cahid Məmmədova izah edilmişdir ki, müraciətlərində qaldırdıqları məsələ mülki xarakterli olduğunda məhkəməyə mülki qaydada müraciət etmək hüququ vardı. İş materiallarında olan meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi barədə xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, İddiaçı X15 və X6 meşəbəyliyinin 14-cü kvartalından 3 hektar meşə sahəsi bir illik müddətə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin xx.xx.2015-ci il tarixli 14/746 nömrəli məktubu ilə X15 və Bərpası Müəssisəsinə bildirilmişdir ki, İmişli rayon sakini İddiaçı xx.xx.2015-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinə müraciət edərək X15 və Bərpası Müəssisəsinin ərazisindən istirahətrekreasiya məqsədilə torpaq sahənin istifadəyə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq ona tapşırılmışdır ki, məsələni yerində araşdırıb, istənilən sahənin ümumi vəziyyətini, hansı meşəbəylikdə, kvartalda, bölmədə yerləşdiyini, onun sahəsini, taksasiya təsvirini, orada meşəbərpa tədbirlərinin nəzərdə tutulub-tutulmadığını göstərməklə, öz rəy və təkliflərinizi xəritədən çıxarışla birgə 10 gün müddətində Meşələrin İnkişafı Departamentinə təqdim edəsiniz. İş materiallarında olan meşələrin inkişafı departamentinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, İmişli rayon sakini İddiaçı xx.xx.2004-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinə müraciət edərək Çernobıl qəzasının iştirakçısı olduğunu bildirmiş və yaşadığı kəndin yaxınlığından, X15 və Bərpası Müəssisəsinin ərazisindən 3,0 ha hektar torpaq sahəsinin icarəyə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq ona tapşırılmışdır ki, məsələni yerində araşdırıb, istənilən yerin hansı meşəbəylikdə, kvartalda, bölmədə yerləşdiyini, onun sahəsini, taksasiya təsvirini, orada meşəbərpa tədbirlərinin nəzərdə tutulub-tutulmadığını göstərməklə, öz rəy və təkliflərinizi xəritədən çıxarışla birgə 10 gün müddətində Meşələrin İnkişafı Departamentinə təqdim etməyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İş materiallarında olan 75487 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qurub “Çernobıl” əlilidir. Ağcabədi X11 tərəfindən tərtib edilmiş Ağcabədi X11 Mərkəzinin 6 saylı meşəbəyliyinin 1-ci kvartalının 29-cu bölməsində 0,02 ha İmişli rayonu Şahverdili kənd sakini İddiaçı ayrılmış sahəsinin sxemindən görünür ki, torpaq sahəsinin koordinatları göstərilməklə sxem baş mütəxəssis tərəfindən tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi-həkim komissiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, SHXÇDX-nin İmişli rayon şöbəsindən xx.xx.1985-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixədək keçmiş SSRİ-nin Daxili Qoşunlarında hərbi xidmətdə olmuş, xx.xx.1967-ci il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən hərbi xidmət dövründə aldığı şüalanmadan sonrakı xəstəlik-diaqnoz: "Radiasiyadan sonrakı vəziyyət. Radiasion anemiya. Asteno-nevrotik vəziyyət XBT: T66; F48)”. (DİN-nin DQ-nin komandanının xx.xx.2023-cü il tarixli 3-13-14/1-1688/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-13-14/1-2124/2023 nömrəli göndərişləri, SHXÇDX-nin İmişli rayon şöbəsindən xx.xx.2023-cü il tarixli 3-43-30/2-344/2023 nömrəli məktubu və göndərişi, 134 nömrəli arayışı, hərbi biletin və şəxsiyyət vəsiqəsinin surətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı zona TSEK-sı tərəfindən xx.xx.2008-ci il tarixli 344 nömrəli müayinə aktının çıxarışı, İmişli RMX PHŞ-dən xx.xx.1991, xx.xx.1991, xx.xx.1992, xx.xx.1992-ci il tarixli xəstəlik tarixlərindən çıxarış epikrizləri ilə təsdiq edilir). “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” İş materiallarında olan meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı 9 saylı X11 Mərkəzinin 6 saylı meşəbəyliyinin 1-ci kvartal 29-cu bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizmrekreasiya məqsədi ilə 0,02 ha torpaq sahəsi 1 (bir) il müddətinə icarəyə verilmişdir. Müqavilədə onun müddəti bitdikdən sonra eyni müddətə uzadılması şərti nəzərdə tutulmamışdır, əksinə müqavilənin 4.1.8-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqaviləyə xitam verilməsi təsbit edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 36 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 36 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 48 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 20 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 50 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 51 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına icarə haqqı olaraq 29,40 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı meşə fondunun hesabına icarə haqqı olaraq 102 manat pul ödəmişdir. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 125 saylı sərəncamının surətindən görünür ki, İmişli rayonu, Şahverdili kənd sakini X8 muraciəti nəzərə alınmış və Şahverdili kəndi ərazisində yerləşən Qeyri-Hokumət Təşkilatı tərəfindən inşa edilmiş tikili onun istifadəsinə verilmiş, X12 rayonu uzrə nümayəndəsinə və İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibatı ərazi dairəsi uzrə nümayəndəliyinə tapşırılmışdır ki, Şahverdili kənd sakini X8 həmin binadan istifadə etməsini təmin etsinlər və sərəncamın icrasına nəzarət İmişli RİH başçısının Memarlıq və tikinti şöbəsinə tapşırılmışdır. İş materiallarında olan xx.xx.2017-cü il tarixli Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-940/2017 saylı qərarından görünür ki, İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı İmişli Rayon İcra Hakimiyyətinin Şahverdili kəndinin ərazisində yerləşən qeyri-hökumət təşkilatı tərəfindən tikilmiş tikilinin Cavabdeh istifadəsinə verilməsinə dair xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli aktdan görünür ki, İmişli RİH Başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun E.Fərzəliyev, 2. RİH Başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi O.Nağıyev, 3. RİH Başçısı Aparatı sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi A.Abışovun,
4. X12 rayonu üzrə nümayəndəsi A.Abduləzimov və 5. İmişli rayonu, Şahverdili kənd sakini, Qarabağ müharibəsi veteranı Cavabdeh iştirakı ilə tərtib olunur bu aktı ondan ötəri ki, İmişli rayonu, Şahverdili kənd sakini, Qarabağ müharibəsi veteranı Cavabdeh Şahverdili kəndi ərazisində yerləşən istifadəsiz olan, bir mərtəbəli, üç otaqdan ibarət tikilinin yaşamaq üçün ona verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında qeyd olunan tikiliyə baxış keçirildi. Baxış zamanı məlum olmuşdur ki, həmin tikili vaxtı ilə X16 tərəfindən Qaçqın və Məcburi köçkün ailələrinin uşaqlarının tədris almaları məqsədilə inşa edilmişdir. Bəhrəmtəpə qəsəbəsi ərazisində Qaçqın və Məcburi köçkünlər üçün yeni qəsəbə salındıqdan sonra Şahverdlili kəndi ərazisində məskunlaşmış Qaçqın və Məcburi köçkün ailələri həmin qəsəbəyə köçürülmüş və onlar üçün qəsəbədə bütün lazımi şərait yaradılmışdır. Odur ki, hazırda Şahverdili kəndi ərazisində yerləşən, bir mərtəbəli, üç otaqdan ibarət tikili istifadəsiz olduğunu və həmçinin Şahverdili kənd sakini Cavabdeh Qarabağ müharibəsi veteranı olması nəzərə alınaraq yuxarıda qeyd olunan tikilinin onun müvəqqəti istifadəsinə verilməsi tərəflərindən məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(036)- 6854/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı Cavabdeh istifadəsində olan İmişli rayonu, Şahverdili kəndi ərazisində Qeyri-Hökümət təşkilatı tərəfindən inşa edilmiş tikilidən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(106)-2130/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən İmişli Rayon Məhkəməsinin 2(036)-6854/2016 saylı 28 dekabr 2016-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağcabədi X11 Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli Ağcabədi X11 Mərkəzinə ünvanmış ərizəyə cavab olaraq bildirilir ki, müraciətdə qeyd edilən torpaq sahəsində yerləşən məktəb binası İmişli rayon İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında İmişli rayonu, Şahverdili kənd sakini Cavabdeh verilmişdir. İmişli RİH Başçısının sərəncamının ləğv edilməsi ilə bağlı tərəflərindən Şirvan İnzibati Məhkəməsi qarşısında iddia qaldırılmış, iddia təmin edilmədiyi üçün qəbul edilmiş 1-ci instansiya Məhkəməsinin qətnaməsindən Apellyasiya şikayəti verilmiş lakin Şirvan Apellyasiya Məhkəməsi Şirvan İnzibati Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bu səbəbdən də Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmiş, lakin Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılaraq İmişli RİH Başçısının sərəncamı ləğv edilməmişdir. Cavabdeh zəbt etdiyi ərazidə qanunsuz olaraq ağac kəsdiyi üçün Mərkəzin əməkdaşları tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş, meşəyə dəymiş ziyanı könüllü olaraq ödəmişdir. Bundan başqa Cavabdeh yuxarıda qeyd edilən məktəb binasını və ətraf ərazini zəbt edərək yeməkxana kimi istifadə etdiyi üçün Mərkəzin əməkdaşları həmin əraziyə baxış keçirərək müvafiq sənədləşmə işləri aparmış və Cavabdeh həmin ərazini 15 gün müddətinə könüllü olaraq boşaltması üçün xəbərdarlıq məktubu göndərilmişdir. Əks halda Cavabdeh barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi ona bildirilmişdir. Məlumat üçün bildirilir ki, halhazırda meşə fondu torpaqlarının icarəyə verilməsi Mərkəzin səlahiyyətləri daxilində deyildir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-247/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı Ağcabədi X11 Mərkəzinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı “İmişli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 125 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(106)-345/2021 saylı qərardadından görünür ki, iddiaçı Ağcabədi X11 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-1792/2021 saylı qərarından görünür ki, iddiaçı Ağcabədi X11 Mərkəzinin cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı cavabdehin xx.xx.2016-cı il tarixli, 125 saylı sərəncamının ləğv edilməsi barədə iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(106)- 345/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan JN 044F kod 90703028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X4, X5 və X2 İmişli rayonu, Şahverdili kəndində yerləşən 0,36 ha torpaq sahəsi İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmişdir. İş materiallarında olan 078141 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cəfərov X9 mərkəzinin hesabına 380 manat pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2025-ci il tarixli 10/9797 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: 9 saylı X7 Mərkəzinin 6 saylı meşəbəyliyinin, 1-ci kvartalının, 29 saylı bölməsində yerləşən ərazidən İmişli rayonu Şahverdili kənd sakini X10 icarəsinə verilmiş 0.02 ha torpaq sahəsinin sərhədlərini mülki işin içərisində olan 9 saylı X7 Mərkəzi tərəfindən tərtib ediməklə təsdiq olunmuş cizgidə olan koordinatlara əsasən, yerində müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: X14 icarəsinə verilmiş 0.02 ha torpaq sahəsinin ərazisinə İmişli rayon Hakimiyyəti başçısının 08 iyul 2016-cı il tarixli 125 saylı sərəncamı əsasında, İmişli rayon Hakimiyyəti başçısının aidiyyəti üzrə şöbələri tərəfindən tərtib olunmuş 30 oktyabr 2015-ci il tarixli akta əsasən, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş 82.72kv.m tikilinin yerləşdiyi ərazidən istifadə edilməklə Cavabdeh tərəfindən müdaxilə olunur. X14 icarəsinə verilmiş 0.02 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Qərardadın üçüncü sual» üzrə: Qeyd olunan torpaq sahəsinə Cavabdeh müvəqqəti istifadəsinə verilmiş tikilinin yerləşdiyi ərazidən istifadə edilməklə Cavabdeh tərəfindən müdaxilə olunur.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları ilə icarəyə verilə bilər.
719.1-ci maddəsinə əsasən torpaq icarə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 31-ci maddəsinin 6-cı bəndinə əsasən meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: ....... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; .......
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununu: 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. 56-cı maddəsinin 5-ci bəndinə əsasən…., dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 66-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. 67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikasının Meşə Məcəlləsinə əsasən: Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir. Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. Meşə fondu torpaqlarının subicarəsi qadağandır. Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydasına əsasən:
1. Bu Qayda meşə fondu torpaqlarının meşə istifadəçilərinə fiziki və hüquqi şəxslərə (bundan sonra icarəçi adlandırılır) icarəyə verilməsini tənzimləyir.
2. Meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
3. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər.
4. Müqavilə əsasında torpaq üzərində icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
10. İcarəçi rəsmi ərizə əsasında meşə fondu torpaqlarından icarə hüququndan imtina etdikdə, icarə müqaviləsinin müddəti başa çatdıqda, fəaliyyəti dayandıqda, Azərbaycan Respublikasının Meşə Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada onun meşə fondu torpaqlarından icarə hüququna Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xitam verilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.2. Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir.
İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı pozulmuş hüququnun əsası kimi məhkəməyə təqdim etdiyi meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi barədə xx.xx.2006-cı il tarixli müqavilə və meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə xx.xx.2024-cü il tarixli müqavilələrdən görünür ki, hər iki müqavilə ilə torpaq sahəsi 1 (bir) il müddətinə icarəyə verilmişdir. Müqavilələrdə onun müddəti bitdikdən sonra eyni müddətə uzadılması şərti nəzərdə tutulmamışdır, əksinə xx.xx.2024-cü il tarixli müqavilənin 4.1.8-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqaviləyə xitam verilməsi təsbit edilmişdir. Belə olan halda məhkəmə tərəfindən qərar qəbul edilərkən iddiaçının hazırki iddia tələbi ilə əlaqədar heç bir subyektiv hüququ mövcud olmamışdır. Həmçinin, iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı onun subyektiv hüququnu təsdiq edən qüvvədə olan hər hansı başqa hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2006cı il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələrə hüquqi qiymət verərək hesab edir ki, həmin müqavilələr qüvvədə olsaydı belə, iddiaçının subyektiv hüququnun əsası qismində çıxış edə bilməzdi. Belə ki, həmin müqavilərdə qeyd edilən icarə hüququnun “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 1-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydasının 4-cü bəndinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinin tələblərinə əsasən dövlət qeydiyyatına alınmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsin 139.1-ci maddəsinə əsasən 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı X1 hüququ mövcud olmadığı üçün Cavabdeh İmişli rayonu ərazisində yerləşən 3 ha meşə ərazisindən və istifadəsinə verilmiş binadan çıxarılması, ona vurduğu maddi zərərin zərərin əvəzi kimi 1310 manat, zəbt etdiyi sahənin icarə pulu 15000 manat olmaqla, cəmi 16310 (on altı min üç yüz on) manat pulun alınıb ona verilməsi barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasəna məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; Z34CTRE********************, X3, KOD 210005; VÖEN **********; Müxbir hesAz 41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud